Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:36

“Mənşə sertifikatını 2 gün tez almaqla iş bitməz”


İllüstrasiya
İllüstrasiya

►Ekspertin fikrincə, bütövlükdə gömrük prosedurları sadələşdirilməli, inzibatçılıq təkmilləşdirilməlidir

İqtisadiyyat Nazirliyi ixrac prosedurunu sadələşdirmək üçün sahibkarlara mənşə sertifikatının bir gün içində verilməsini qərarlaşdırıb. İndiyədək bu proses 3 gün çəkə bilərdi.

Mütəxəssislər bu addımı bəyənir, amma başqa problemlərə - daha çox inzibati əngəl və süründürməçiliyin aradan qaldırılmasına diqqət yetirilməsini vacib sayırlar.

“Yaxşı olardı ki, xidməthaqqı tarifləri...”

İqtisadçı ekspert Qalib Toğrul da o cür düşünür və mənşə sertifikatını tez əldə etməklə problemin bitmədiyini deyir:

“Tarif Şurası ən müxtəlif xammal, məhsul və avadanlıqla bağlı mənşə ölkəsini müəyyənləşdirən ekspertiza taariflərini 2015-ci ilin oktyabrında 30 faiz aşağı saldı. Ekspertiza və sertifikatın təqdimat müddətlərinin və xidməthaqqının azaldılması müsbət haldır. Ancaq yaxşı olardı ki, xidməthaqqı tarifləri Dünya Ticarət Təşkilatının tələblərinə və görülən işlərin həcminə uyğun hesablansın və Azərbaycanda olduğu kimi, ixrac məhsulunun həcminə görə əvvəlcədən təyin edilməsin”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Qalib Toğrul
Qalib Toğrul

Ekspert məhsul istehsalı üçün xammalın idxalına diqqət çəkir:

“İxraca həvəsləndirmək üçün xammalın ölkəyə gətirilməsindən ta son məhsul istehsalınadək münbit sahibkarlıq mühiti yaradılmalıdır. İlk növbədə məhsulun idxal və ixrac prosesində şəffaflıq təmin olunmalı, gömrük prosedurları sadələşdirilməli, inzibatçılıq təkmilləşdirilməlidir”.

Aktual sual: Yoxlamalar dayandırılıb?

Qalib Toğrulun fikrincə, sahibkarların işinə qanunsuz müdaxilələrə son qoyulmalı və bununla bağlı işlər gücləndirilməlidir:

“2015-ci ilin noyabrından bəri sahibkarlıq subyektlərində, vergi yoxlamaları istisna olmaqla, digər yoxlamalar 2 il müddətinə dayandırılıb. Bu qanunun icrasına İqtisadiyyat Nazirliyi məsuliyyət daşıyır. Nazirlik vaxtaşırı monitorinqlər keçirməli və nəticələri açıqlamalıdır. Aydınlaşdırmalıdır ki, doğrudanmı, yoxlamalar dayandırılıb? Bizdə olan məlumata görə, xüsusən, kiçik sahibkarlıq subyektlərinə dövlət orqanlarının qanunsuz müdaxilələri hələ də davam edir. Bunun qarşısı alınmalıdır”.

XS
SM
MD
LG