Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:20

Keçmiş 'Sovetski' sakinləri əlavə pul istəyir


Keçmiş 'Sovetski' sakinləri əlavə pul istəyir
Keçmiş 'Sovetski' sakinləri əlavə pul istəyir

Bakının «Sovetski» adlanan ərazisində evləri sökülmüş bir qrup şəxs dekabrın 25-də Heydər Əliyev adına İdman-Konsert Kompleksin binası önünə toplaşıb. Onların demələrinə görə, həmin əraziyə gəlməkdə məqsədləri əlavə vəsait istəmələridir.

Şikayətçilərin sözlərinə görə, onların evləri 2014-2015-ci ildə sökülüb: «Evlərimiz 4-5 il əvvəl sökülüb. Bizə evin hər kvadratmetrinə görə 1500 manat ödəyiblər. Bizdən sonra da həmin ərazidə evlər sökülüb, onlara da eyni məbləğdə kompensasiya ödənilib. Lakin bu yaxınlarda bizim evlərimizdən sonra sökülmüş evlərin sakinlərinə əlavə pul da ödəyiblər. Bizə isə yox. Bu ədalətsizlikdir. Biz Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşmək və bu məsələni çatdırmaq üçün burada toplaşmışıq».

Həmin şəxslərin sözlərinə görə, əlavə vəsaitin verilməsi evlərin ərazisinin düzgün hesablanmaması ilə izah edilib. Narazıların demələrinə görə, əslində onların da evlərinin ərazisi hesablanarkən yanlışlığa yol verilib və bu üzdən az kompensasiya alıblar.

Keçmiş 'Sovetski' sakinləri əlavə pul istəyir
Keçmiş 'Sovetski' sakinləri əlavə pul istəyir

Onlar həmçinin bildiriblər ki, məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə (İH) müraciət ediblər, lakin heç bir nəticə əldə etməyiblər.

Şikayətçilər deyiblər ki, bununla bağlı dəfələrlə Yasamal Rayon İH-nin binası önündə toplaşıblar, amma istədiklərinə cavab verilməyib.

İcra hakimiyyətindən cavab

Yasamal Rayon İcra Hakimiyyətindən isə AzadlıqRadiosuna bildirilib ki, əlavə vəsait yalnız evləri 2018-ci və 2019-cu ildə sökülənlərə şamil olunub. Lakin bunun səbəbi izah edilməyib. «Biz qərarverici yox, icraedici orqanıq, odur ki, nə qərar verilibsə, eləcə də yerinə yetiririk», - Yasamal Rayon İH-dən bildiriblər.

Məsələyə Nazirlər Kabinetindən isə münasibət almaq mümkün olmayıb.

"Evimizi əşyalar içində uçurdular"
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

Xatırlatma

Bakının «Sovetski» deyilən ərazisinin sökülməsinə 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri sakinlərlə bir çox hallarda əldə edilmiş razılığa əsasən satın alınıb, sökülüb.

İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunur.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr də olub. Onlar müxtəlif dövrlərdə aksiyalar da keçiriblər. Bununla bağlı bir sıra şikayətlər hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

«Sovetski» ərazisində söküntülər son illərdə də davam edib.

XS
SM
MD
LG