Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:03

ABŞ iki iranlı hakerə qarşı ittiham irəli sürür


Birləşmiş Ştatlar hakerliyə və ziyanlı kömpüter proqramından istifadəyə görə iki İran vətəndaşına qarşı rəsmi ittiham irəli sürüb. ABŞ rəsmiləri deyirlər ki, Samsam (Zəmzəm) kimi tanınan bu reket sxemi milyonlarla dollarlıq ziyan vurub.

ABŞ Ədliyyə Nazirliyi bildirir ki, 34 yaşlı Faramarz Shahi Savandi və 27 yaşlı Mohammad Mehdi Shah Mansouri-nin 34 ay davam edən beynəlxalq haker və pulqoparma sxemi xəstəxanalar və hökumət idarələri də daxil 200-dən çox qurbanı təsirləndirib.

ABŞ Xəzinədarlığı noyarbrın 27-də bəyan edib ki, rəqəmsal reket pullarını İranın milli valyutasına çevirməkdə günahlandırılan daha iki İran vətəndaşına - Ali KhorashadizadehMohammad Ghorbaniyan-a qarşı sanksiyalar qoyulub.

Xəzinədarlıq rəhbərinin Terrorçuluq və Maliyyə Kəşfiyyatı üzrə müavini Sigal Mandelker deyib ki, bu iki nəfər reket edilmiş pulları milli valyutaya mübadilə edərək qanunsuz sxemin iştirakçılarına milyonlarla dollar qazandırıblar.

Mandelkerin sözlərinə görə İran getdikcə daha çox təcrid olunur və ABŞ dollarının kəskin qıtlığını hiss edir və belə bir vaxtda virtual və real valyuta mübadiçələrinin, habelə başqa rəqəmsal xidmət göstərən şəxs və qurumların öz şəbəklələrini qanunsuz sxemlərdən qoruması həyati əhəmiyyət kəsb edir.

Ədliyyə Nazirliyi bunu da bildirir ki, Savandi və Mansouri ABŞ-ın on ştatını və Kanadanı SamSam virusuna yoluxdurmaqda ittiham edilirlər.

Bu kompüter virusundan zərər çəkənlərin arasında Atlanta kimi böyük şəhərlər, Laboratory Corporation of American Holdings kimi böyük ictimai səhiyyə şirkətləri də var.

Hakimiyyət orqanlarının məlumatına görə SamSam virusu ümumlikdə 30 milyon dollar itkiyə səbəb olub və hakerlərə 6 milyon dollaradək qazanc gətirib.

Nyu Cersi prokuroru Craig Carpenito deyib ki, sözü gedən sxem ictimai təsisatları hədəfləməklə “kibercinayətin təhlükəli eskalasiyasiyası” olub.

İttihamnamədə deyilir ki, Savandi və Mansouri SamSam proqramını 2015-ci ilin sonlarında yaradıblar. Bu iki şəxsin hazırda İranda olduqları düşünülür.

Bu ilin əvvəllərində Birləşmiş Ştatlarda Amerika, Avropa və Şərqi Asiyanın universitetlərinə haker hücumuna görə daha 9 iranlıya və bir İran şirkətinə qarşı ittiham irəli sürülmüşdü.

XS
SM
MD
LG