Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:32

Pxenyan Kim Jong Unun Rusiyaya ‘tezliklə’ səfər edəcəyini təsdiqləyib


Vladimir Putin (solda) və Kim Jong Un
Vladimir Putin (solda) və Kim Jong Un

Şimali Koreya ölkə rəhbəri Kim Kong Unun “tezliklə” Rusiyaya səfər edəcəyini təsdiqləyib.

Rəsmi KCNA xəbər agentliyi aprelin 23-də xəbər verib ki, Rusiya prezidenti Vladimir Putin Kimi öz ölkəsinə dəvət edib. Lakin səfərin dəqiq vaxtı barədə məlumat verilmir.

Aprelin 18-də Kremlin saytında dərc edilmiş bəyanatda deyilirdi ki, Kim Rusiyaya “aprelin ikinci yarısında” səfər etməyi planlaşdırır.

Putin aprelin 26-27-də Pekində keçirilən Kəmər və Yol Forumunda iştirak etmək üçün Çinə səfər etməlidir.

Burada bir neçə ölkənin liderləri dünya boyunca yolları və yeni dəniz ticarət marşrutlarını müzakirə edəcəklər.

Bəzi media qurumları Putinin Kimlə məhz həmin vaxtlarda Rusiyanın Uzaq Şərqindəki Vladivostokda görüşəcəyi barədə ehtimallardan yazırdılar.

Bu görüş ABŞ prezidenti Donald Trump-ın Koreya yarımadasında nüvə gərginliyinə son qoymağa çalışdığı bir vaxta təsadüf edir.

Kim və Trump arasında bundan əvvəl keçirilmiş iki sammitdə yarımadamın tam nüvəsizləşdirilməsinə dair saziş əldə etmək mümkün olmayıb.

Trump administrasiyası Kimlə üçüncü sammitin keçirilə biləcəyini bildirirdi, lakin Şimali Koreya dövlət katibi Mike Pompeonun gələcək danışıqlardan uzaqlaşdırılmasını tələb edib.

ABŞ-ın Şimali Koreya üzrə xüsusi elçisi Stephen Biegun bu yaxınlarda Moskvada Rusiya rəsmiləri ilə görüşüb.

Onun burada Şimali Koreyanın “tam, təsdiqlənə biləcək bir tərzdə nüvəsizləşdirilməsi yollarını” müzakirə etdiyi bildirlir.

Ötən mart ayında Birləşmiş Ştatlar Şimali Koreya üzərinə yeni sanksiyalar elan edib.

XS
SM
MD
LG