Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:56

Kiyevdə Moskva ilə dostluq abidəsini sökdülər


Kiyev şəhəri
Kiyev şəhəri

Bu abidə 2001-ci ildə Marşal Yakubovski küçəsindəki kiçik parkda qoyulmuşdu

Kiyevdə Ukrayna və Rusiya paytaxtlarının dostluğuna qoyulmuş xatirə-nişan abidəsini söküblər.

Bu abidə 2001-ci ildə Marşal Yakubovski küçəsindəki kiçik parkda qoyulmuşdu.

Bu barədə məlumatı özünün Facebook səhifəsində Kiyev şəhər bələdiyyəsinin deputatı Alina Mixaylova paylaşıb.

Xəbər verilir ki, abidə Kiyev şəhər sovetinin 8 iyul 2021-ci il tarixli qərarına uyğun olaraq götürülüb.

Deputatın sözlərinə görə, həmin xatirə daşı hazırda Qoloseyevski rayonunun icra hakimiyyətində saxlanır və gələcəkdə “Totalitarizm” muzeyinin eksponatlarından biri olacaq.

"Qoloseyevsk rayonunun yaşıllıq idarəsi Kiyev şəhər sovetinin qərarına uyğun olaraq Kiyevdə təcavüzkar ölkə ilə bağlı bütün xatirə daşlarının auditini aparacaq və onlarla nə etmək barədə müvafiq qərarlar qəbul edəcək”.

Deputat daha sonra yazıb:

"Dostluq yoxdur. Unudun getsin. Heç xəyalınıza da gətirməyin. Bu dostluğun abidəsi də daha yoxdur”.

2001-ci ildə Qoloseyevsk rayonu Moskva rayonu adlanırdı.

AzadlıqRadiosunun Ukrayna xidməti bildirir ki, millətçi fəallar sözü gedən xatirə daşını 2015-ci ildə ölkə bayrağının rəngləri ilə boyalamışdılar.

XS
SM
MD
LG