Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:33

Kiyevdə Putinin ‘məhkəməsi’ olub


Kiyevdə oktyabrın 7-də, prezident Vladimir Putinin ad günündə Rusiya səfirliyinin binası qarşısında “Putinin məhkəməsi” adlı performans nümayiş etdirilib.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, aksiya iştirakçılarından biri əyninə məhbus paltarı geyinib və yaxasından “hərbi cani” yazılmış lövhə asıb.

Aksiyanın əyninə hakim əbası geyinmiş başqa bir iştirakçısı Putinin rolunu oynayan şəxsə onun Ukrayna, Gürcüstan və Çeçenistanda törətdiyi iddia edilən cinayətlər barədə ittihamnaməni oxuyub.

Öz aksiyalarını “Haaqa məhkəməsinin improvizəsi” adlandıran fəallar tədbirə Ukraynanın, Krım tatarlarının, Gürcüstanın, Baltika ölkələrinin bayraqlarını gətirmişdilər.

Səfirlik binasının yanında keçirilən aksiyaya bu yaxınlarda keçirilmiş əsir dəyiş-düyüşündə azad edilmiş Vladimir Balukh və Artur Panov da gəlmişdilər.

Oktyabrın 7-də Vladimir Putinin 67 yaşı tamam olub. Onun mətbuat katibi Dmitry Peskov deyib ki, “bugün səhərdən ona dünya liderlərindən təbriklər gəlir”.

Putini MDB üzvü olan ölkələrin əksər liderləri, habelə İsrail və Serbiya başçıları təbrik ediblər. Onların arasında Ukrayna prezidentinin adı çəkilmir.

Ad günü ərəfəsində, ötən həftəsonu Vladimir Putin Sibirdə istirahət edirdi.

RIA Novosti agentliyinin dərc etdiyi videoda Putinin dağların yamacında əzərək göbələk topladığı görünür.

Onu bu səfər zamanı ölkənin müdafiə naziri Sergei Shoigu müşayiət edirdi.

XS
SM
MD
LG