Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:13

Kocharian 4.2 milyon dollara zaminə buraxılıb


Robert Kocharian
Robert Kocharian

Ermənistan məhkəməsi ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident Robert Kocharian-ı zaminə buraxıb.

Apellyasiya Məhkəməsi iyunun 18-də hazırda xəstəxanada müalicə olunan keçmiş prezidentin 2 milyard dram (4.2 milyon dollar) müqabilində zaminə buraxılmasına dair qərar qəbul edib.

Onun vəkili Aram Vardevanian məhkəmənin zamin qərarını alqışlayıb, lakin deyib ki, zamin üçün ödənilən pulun məbləği “misilsizdir”.

Kocharian hələ apreldə 7 ayda ikinci cərrahiyyə əməliyyatı üçün həbsxanadan İzmirlian Tibb Mərkəzinə aparılmışdı.

Mayın 13-də Yerevandakı rayon məhkəməsi onun mühakimənin sonunadək evə buraxılması üçün verilmiş vəsatəti rədd etmişdi.

Ermənistanda müxalifət liderinin həbsi barədə qərar gözlənir
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

COVID-19 təhlükəsi

İki həftədən sonra başqa bir məhkəmənin qəbul etdiyi qərarda deyilirdi ki, 65 yaşlı keçmiş prezident COVID-19-a yoluxma təhlükəsi ilə bağlı təkrar həbsxanaya salına bilməz.

Prokurorlar Kocharian-ın zaminə buraxılmasının əleyhinə idilər, çünki onun mühakimədən yayına biləcəyindən narahatlıqları vardı.

2018-ci ilin iyulunda həbs edilmiş Kocharian daha üç başqa rəsmi ilə birlikdə 2008-ci ildə seçki sonrası müxalifəti əzməkdə, habelə ölkənin konstitusiya quruluşunu devirməkdə və rüşvətdə ittiham olunur.

Əgər təqsirli bilinərsə, keçmiş dövlət başçısını 15 il müddətinə həbsxana cəzası gözləyə bilər.

Kocharian özünə qarşı ittihamları “siyasi motivli” adlandırır və qəbul etmir.

XS
SM
MD
LG