Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:43

Kommunal xidmətlərin yol xəritəsi də açıqlandı


Maştağada qaz borusu.
Maştağada qaz borusu.

Hökumət iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlı daha bir sənədi- “Azərbaycanda kommunal xidmətlərin (elektrik, istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi“ni açıqlayıb.

Sənədin mətni ölkə başçısının rəsmi internet səhifəsində yerləşdirilib.

Yol xəritəsində nəzərdə tutulan məqsədlərə çatmaqdan ötrü yeddi strateji hədəf müəyyən edilib.

Birinci hədəf

İlk strateji hədəf kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsini nəzərdə tutur.

Buna da bax:​ Daha bir 'yol xəritəsi': uyğun qiymətə mənzil

Bu hədəfə çatmaqdan ötrü kommunal xidmətlər sektorunda vahid tənzimləyici orqanın və məqsədli fondun yaradılmasının nəzərdən keçirilməsi planlaşdırılır.

İkinci, üçüncü hədəf

İkinci hədəf tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsidir.

Üçüncü hədəf isə dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi ilə bağlıdır.

Buna da bax: Ağır sənayenin də Yol xəritəsi açıqlandı

Sənədə görə, elektrik stansiyalarının səmərəliliyi artırılmalı, elektrik enerjisi itkiləri azaldılmalı və keyfiyyət yüksəldilməlidir.

Dördüncü, beşinci, altıncı və sonuncu hədəf

Dördüncü hədəfdə səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması nəzərdə tutulur.

Yol xəritəsinin beşinci və altıncı hədəfi yüksək səviyyəli su idarəetmə strukturunun yaradılması, təchizatda itkilərin azaldılması ilə bağlıdır.

Buna da bax:​ Azərbaycanın turizm yol xəritəsi: 'Dövlət yenə əsas oyunçudur'

Sənədin sonunda dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması hədəf götürülüb.

Yol xəritəsində vurğulanır ki, müəyyən edilmiş strateji hədəflərə nail olmaqdan ötrü 2020-ci ilədək təxminən 8 150 milyon manat investisiya tələb olunacağı proqnozlaşdırılır.

Xatırlatma

Dekabrın əvvəli hökumət “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi“ni açıqlayıb. Həmin sənəd ümumilikdə 12 yol xəritəsindən ibarət idi.

Buna da bax: Daha bir yol xəritəsi: Sahibkarlığın inkişafı ilə bağlı

Bunun ardınca maliyyə xidmətlərinin, kənd təsərrüfatının, sahibkarlığın, ixtisaslaşmış turizm sənayesinin, ağır sənayenin və uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb.

XS
SM
MD
LG