Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:56

ABŞ-da marixuananı leqallaşdıran qanun layihəsi qəbul olunub


Marixuananın leqallaşdırılmasına tələb edən fəal
Marixuananın leqallaşdırılmasına tələb edən fəal

ABŞ Nümayəndələr Palatası marixuananın federal səviyyədə leqallaşırılmasına dair tarixi qanun layihəsini qəbul edib.

Marixuananın qanuniləşdirilməsi üçün bütün ABŞ boyunca geniş kampaniya aparılırdı.

Demokratların çoxluğa malik olduqları ABŞ Konqresi dekabrın 4-də qanun layihəsini 228 leyhinə və 164 əleyhinə nisbəti ilə qəbul edib.

Bu da xəbər verilir ki, qanun layihəsinin leyhinə əksərən demokrat millət vəkilləri səs veriblər.

Burası da var ki, bu qanun layihəsi respublikaçıların çoxluğa malik olduqları Senatdan keçməyə bilər.

Bu layihə qanun qüvvəsinə minərsə marixuana Nəzarət Olunan Maddələr Qanunu siyahısından çıxarılacaq və marixuana üzərinə qoyulacaq 5 faizlik vergi bu maddənin krimalnallaşdırılmasından ziyan görənlərə köməklik üçün xərclənəcək.

Son onillik ərzində ABŞ-ın onlarla ştatı tibbi marixuanadan istifadəni leqallaşdırıb.

15 ştat marixuanadan müalicə məqsədilə istifadəyə icazə verib.

Sərt qanunlar

Lakin buna baxmayaraq marixuana federal səviyyədə qadağan edilmiş maddələr siyahısında qalır.

Qanun layihəsinin tərəfdarları bildirirlər ki, marixuanaya qarşı onilliklərdir sürən mübarizə ailələrə ziyan vurub və icmaları dağıdıb.

2018-ci ildə narkotik maddələrlə bağlı həbslərin 40 faizi marixuana ilə bağlı olub.

Bunlardan 90 faizi marixuananın satışına yox, sadəcə saxlanmasına görə idi.

ABŞ-da mövcud olan qaydalara görə marixuanaya görə məhkum edilənlər sonradan yaxşı maaşı olan işlərə düzələ bilmirlər.

Bu isə həmin insanları yoxsulluğa məhkum edir.

Yeni qanun layihəsinə görə federal məhkəmələr marixuana ilə bağlı qeyri-zorakı qanun pozuntularına görə həbs edilənlərin azadlığa buraxılmasını tələb edir.

Bu qanunvericilik aktı vitse-prezident seçilmiş Kamala Harris tərəfindən də dəstəklənir.

Respublikaçı senatorlar bu qanun layihəsinə qarşı çıxacaqlarını bildiriblər.

XS
SM
MD
LG