Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:08

Konqres Trump-ın xarici siyasət xərclərini azaltmaq təklifini sərt tənqid edir


ABŞ Konqresində hər iki partiyadan olan millət vəkilləri prezident Donald Trump-ın Dövlət Departamentinin maliyyələşdirilməsini ciddi ixtisar etmək planını kəskin tənqid ediblər.

Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin demokrat sədri Eliot Engel martın 27-də keçirilən ikinci büdcə dinləməsində deyib ki, Trump-ın təklifi artıq Konqeresə gələndə “ölü” idi:

"Bu büdcə bütün dünyaya siqnal verir ki, Trump-ın xarici siyasəti fəaliyyətsizlik deməkdir”.

Nümayəndələr Palatasında Dövlət Departamenti xərcləmələrinə nəzarət edən alt komitənin vəzifəli respublikaçı üzvü Hal Rogers bildirib ki, Dövlət Departamentinin xərclərini 11 milyard dollar ixtisar edərək onu 40 milyard dollara endirən təklif “təəssüfləndirici dərəcədə” qeyri-adekvatdır:

"Dünyanın indiki vəziyyəti nəzərə alınarsa, belə yanaşmanın reallıqdan nə qədər aralı düşdüyü görünür”.

Konqres qarşısında əvvəlcədən hazırlanmış çıxışını etməzdən əvvəl dövlət katibi Mike Pompeo deyib ki, büdcə təklifi Çinin təcavüzünə qarşı maliyyələşdirmənin iki dəfə artırılmasını və Rusiyanın Birləşmiş Ştatlar və Qərbə qarşı artmaqda olan hədələrini dəf edəcək sistemlərin gücləndirilməsini nəzərdə tutur:

"Çin öz gücünü fəal şəkildə nümayiş etdirir və nüfuzunu Hind-Sakit okean regionu və ondan kənarda artırmağa çalışır. Bu büdcə Rusiyanın Avropa, Avrasiya və Mərkəzi Asiyadakı ziyanlı təsirini ön plana çəkir və departamentin ziyanlı qüvvələrə qarşı öz sistemlərini gücləndirir”.

Trump özünün prezidentliyi dövründə Konqresə təqdim etdiyi üç büdcə təklifinin hamısında Dövlət Departamentinin xərclərinə böyük ixtisarlar istəyib.

Konqres bu təklifləri qəbul etməyib.

XS
SM
MD
LG