Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:16

Bred Şerman: Saakaşvilinin həbsdə qalması ölkə daxilində parçalanmanı dərinləşdirə bilər


Saakaşvili həbs olunan zaman
Saakaşvili həbs olunan zaman

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin həbsdə qalması  Tbilisinin demokratikləşmə addımlarını sarsıda və ölkə daxilində siyasi parçalanmanı dərinləşdirə bilər.

Belə bir narahatlıq ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin yüksək vəzifəli üzvü Bred Şermanın bəyanatında yer alıb.

“Gürcüstanın sağlam demokratik prosesə ictimai inamı sarsıdan siyasi böhranı aradan qaldırmaqla məşğul olduğu bir vaxtda, bu ilin əvvəlində Saakaşvili və Vahid Milli Hərəkat Partiyasının lideri Nika Melia da daxil olmaqla, müxalifət xadimlərinin həbsləri- bu, Gürcüstanın mühüm demokratik və Avro-Atlantik trayektoriyasını davam etdirməsinin yolu deyil”- deyə müraciətdə deyilir.

Brad Şerman
Brad Şerman

Bred Şerman hesab edir ki, Saakaşvili “siyasi motivli kimi geniş tənqid edilən” qiyabi cinayət ittihamı əsasında həbs edilib".

“Novosti-Georgia” agentliyinin məlumatına görə, Saakaşvili (oktyabrın 1-də həbs olunub) həbs olunduğu gündən Rustavi həbsxanasında aclıq aksiyasına başlayıb.

Şerman deyir ki, o, “Gürcüstanın keçmiş prezidentinin və Ukrayna Milli İslahat Şurasının İcraiyyə Komitəsinin sədrinin səhhətinin pisləşməsindən dərin narahatdır”.

O vurğulayır ki, vəkillərin çıxışına təminat və eks-prezidentə adekvat tibbi yardım göstərilməsi Gürcüstan sakinlərinin etimadını bərpa etməyin və ölkəni demokratik yola qaytarmağın ayrılmaz tərkib hissəsidir.

“Mən Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin yüksək rütbəli üzvü kimi “Gürcü Arzusu” hökumətini Saakaşvilini müalicə üçün xəstəxanaya köçürməklə onun səhhətinin sürətlə pisləşməsi problemini dərhal həll etməyə çağırıram”, – müraciətdə deyilir.

Saakaşvilinin atasının müraciəti

Nikoloz Saakaşvili
Nikoloz Saakaşvili

Bu arada Saakaşvilinin atası Nikoloz Saakaşvili də oğluna müraciət edərək onun aclıq aksiyasını dayandırmasını xahiş edib.

“Mişa, inanıram ki, 30 günlük misilsiz etirazınız seçkilərin səfərbər olunmasına böyük təsir göstərdi və bu, nəticələrə müsbət təsir etdi. Bu etiraz formasına son qoymaq və güc toplamaq vaxtıdır. Xalqın dəstəyə ehtiyacı var” deyə Saakaşvilinin atası yazıb.

Saakaşvili bələdiyyə seçkilərinin birinci turuna az qalmış Ukraynadan gizli şəkildə Gürcüstana gəlib.

Ölkənin hazırkı hakimiyyəti vəd edir ki, eks-prezident ən azı altı il Gürcüstan həbsxanasında yatacaq.

Saakaşviliyə qarşı cinayət işi “Gürcü Arzusu”nun hakimiyyəti dövründə başlanmış iki iş üzrə qiyabi hökmə uyğun olaraq aparılır.

Uzun sürən aclıq aksiyası zamanı Saakaşvilinin həkim nəzarətinə alınması tələblərindən sonra hakimiyyət onu Qldani həbsxanasındakı xəstəxanaya yerləşdirməyə razılaşıb.

Ədliyyə Nazirliyi bu xəstəxananın aclıqdan əziyyət çəkən məhbuslar üçün tam uyğun olduğunu israr edir, lakin Xalq müdafiəçisi və siyasətçinin vəkilləri xəstəxananın imkanlarına şübhə ilə yanaşırlar.

Üstəlik, Saakaşvilinin tərəfdarlarının məlumatına görə, Qldani həbsxanasının xəstəxanasında üçüncü prezidenti sıradan çıxarmaq məqsədi ilə iğtişaş törətmək planlaşdırılır.

XS
SM
MD
LG