Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 17:17

Polis mülki geyimdə avtobuslarda yoxlama aparır


Bir tərəfdən pandemiya artır, bir tərəfdən də avtobusda basabas
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Bir tərəfdən pandemiya artır, bir tərəfdən də avtobusda basabas (Video arxiv)

Azərbaycan paytaxtı Bakıda koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə polisin mülki geyimdə ictimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirləri keçirdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Turan"a da deyilib ki, polis formasında və mülki paltarda ictimaı nəqliyyatda əhalinin koronavirus pandemiyasına qarşı qadağalara riayət etməsinə nəzarət olunur. Verilən məlumata görə, tibbi maskadan istifadə, habelə müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri görülür, hərəkət iştirakçıları, sürücülərlə profilaktik söhbətlər aparılır.

Koronavirus pandemiyası ilə bağlı ötən ilin martından Azərbaycanda karantin rejimi hökm sürür. Ölkədə qapalı məkanlarda maskadan istifadə məcburidir, buna əməl etməyənlər cərimə edilir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə avqustun 24-nə kimi 394 mindən çox şəxsin bu virusa yoluxduğunun aşkarlandığı, virusa yoluxanlardan isə 5 min 340-nın vəfat etdiyi bildirilib. Son aylar ölkədə istər koronavirusa yoluxmanın, istərsə də bu virusa yoluxanlar arasında ölüm hallarının artdığı qeyd edilir.

XS
SM
MD
LG