Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:57

Koronavirusa görə cərimə ödəyənlərin pulu qaytarıla bilərmi?


Ödənməmiş maska cərimələrinin axırı necə olacaq? - 'Ləğv olunmalıdır'
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Ödənməmiş maska cərimələrinin axırı necə olacaq? - 'Ləğv olunmalıdır'

Türkiyədə koronavirus pandemiyası dövründə tibbi maskadan istifadə qaydalarının və başqa qadağaların pozulduğuna görə vətəndaşların ödədiyi cərimələr artıq geri qaytarılır. Bununla bağlı ölkənin Konstitusiya Məhkəməsinin qərarı var. Qərara əsasən, vətəndaşlar ödədikləri məbləğləri geri ala biləcəklər.

Rəsmi məlumatlara görə, koronavirus pandemiyası dövründə maska taxmadığına və komendant saatını pozduğuna görə Türkiyədə 1 milyon 388 min 865 nəfər cərimələnib. Ümumi cərimə 3 milyard lirə olub. Hər dörd nəfərdən biri isə cəriməsini ödəyib.

Rəsmi məlumatlarda habelə bildirilir ki, 1 milyon 67 min 485 nəfərin ödəmədiyi 2.7 milyard lirəlik cərimə qanun çərçivəsində silinib. Bu çərçivədə Türkiyədə epidemiya dövründə 321 min adamın ödədiyi 309 milyon lirə cərimə sahiblərinə geri qaytarılmalıdır.

2020-ci ilin martından Azərbaycanda da koronavurus səbəbindən karantin rejimi elan edilib. Rejim tam ləğv edilməsə də, maska və ona uyğun qadağalar götürülüb. Rəsmi qurumlar həmin vaxt cərimə edilənlərin ümumi sayı və cərimənin yekun məbləği ilə bağlı məlumatları tam açıqlamırlar.

Həkim: 'Şənbə-bazar insanları evlərinə doldurmaq səhv idi'
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

İqtisadçı Rəşad Həsənov AzadlıqRadiosunun bu mövzuda suallarını cavablandırarkən məsələyə bir neçə aspektdən yanaşmağın tərəfdarı olduğunu bildirib: "Türkiyədə yalnız cərimələrə münasibətdə deyil, həm də bir sıra hallarda kredit öhdəliklərindən və dövlət qarşısında yaranmış maliyyə öhdəliklərindən azad etmək haqda amnistiya aktları qəbul edilir. Azərbaycanda belə bir təcrübə vətəndaşlara deyil, hüquqi şəxslərə münasibətdə, əsasən, kommunal xidmətlər üzrə öhdəliklərinin silinməsi ilə müşahidə edilir".

"Həmin cərimələr ləğv edilə bilər"

R.Həsənov sual edir ki, pandemiya dövründə vətəndaşların üçdə ikisi kölgə iqtisadiyyatının bir parçası idisə və yaradılan sistem vasitəsilə lazım olan icazələri ala bilmirdisə, belə halda nə baş verməli idi: "İnsanlar o zaman seçim qarşısındaydı, məcburən iş üçün çıxırdılar və cərimələnirdilər. Ona görə uzunmüddətli dövrdə hökumətin apardığı siyasətin nöqsanları olaraq ortaya çıxan səbəbləri nəzərə alaraq, vətəndaşlara münasibətdə həmin cərimələr ləğv edilə bilər. Belə olanda digər bir məsələ çıxacaq: cərimə ödəyənlərə münasibətdə nə baş verəcək? Yalnız qalan borclara amnistiya tətbiq ediləcəkmi?".

İqtisadçı düşünür ki, Azərbaycanda da pandemiya ilə əlaqədar yalnız qalan borcların silinməsi deyil, ödənmiş cərimələrin qaytarılması qərarı da qəbul edilməlidir: "Amma indiki şərtlər daxilində belə qərarı gözləmirəm".

Parlamentdə müzakirə edilə bilər

Hələlik, belə təkliflərə Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin deputatı Rüfət Quliyev "Turan"a bildirib ki, oktyabrda parlamentin iclasları başlayanda məsələni həmkarları ilə müzakirə edəcəyi istisna deyil: "Amma gəlin əvvəlcə cərimələrin təsnifatını araşdıraq, doğrudanmı, maska taxmamağa görə cərimələnənlər var? Çünki pandemiya illərində maska taxmağın qaydaları vardı, bəzi yerlərdə təlimatla, səhiyyə müəssisələrində isə məcburi idi. Yəni, mən küçədə, kafedə, restoranda kiməsə yaxınlaşıb maskaya görə nəsə dediklərini görməmişəm".

"Amma cərimələnənlər olubdur axı" sualına "bilirəm, bütün dünyada maska taxmayanlar, gigiyenik şərtləri pozanlar cərimələnirdi. Bu, hər yerdə var idi",-deyən R.Quliyev əlavə edib ki, bütün hallarda araşdırmaq lazımdır cərimələr harada və nə vaxt olub, bundan sonra suallara cavab vermək olar.

Bakıda avtobuslarda maska taxmayanlar kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 7 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə avqustun 10-nə qədər 830 mindən çox insanın bu virusa yoluxduğu, onlardan 10 min 300-ə yaxınının vəfat etdiyi bildirilir. Ölkədə xüsusi karantin rejimi oktyabrın 2-dək uzadılıb. Hərçənd ÜST bu pandemiyanın başa çatdığını elan edib. Azərbaycanın özündə də son aylar bu virusa yoluxma kəskin azalıb.

XS
SM
MD
LG