Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:00

Azərbaycanda karantin uzadıldı, maska tələbi götürüldü


Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir.

Azərbaycanda karantin müddəti uzadılıb və maska tələbi götürülüb. Bununla bağlı Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il iyulun 1-i saat 06:00-dək uzadılıb: "2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir".

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir. Bu rejimin müddəti dəfələrlə uzadılıb. Bu müddət ərzində rejim yoluxma sayından asılı olaraq bəzən sərtləşdirilib, sonra da yumşaldılıb. Son aylar Azərbaycanda bu virusa yoluxmanın kəskin azaldığı bildirilir. Bəzi günlərdə bu virusa yoluxanlar arasında heç ölüm halı da qeydə alınmır.

Bakıda avtobuslarda maska taxmayanlar kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirildiyinə görə, indiyə kimi ölkədə ümumilikdə 792 min 445 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 9 min 707-si vəfat edib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG