Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:18

Kreml medallardan məhrum edilmiş Rusiya idmançılarının müdafiəsinə qalxır


Kremlin sözçüsü Dmitri Peskov
Kremlin sözçüsü Dmitri Peskov

Kreml bəyan edib ki, Rusiyanın Olimpiya medallarından məhrum edilmiş idmançılarının hüquqlarını müdafiə edəcək.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun noyabrın 27-də verdiyi bu bəyanatdan əvvəl Beynəlxalq Olimpiya Komitəsi (BOK) 14 Rusiya idmançısının 2014-cü ilin Soçi Qış Olimpiadasındakı nəticələrinin ləğv olunması barədə qərar qəbul etnmişdi.

Peskov bu qərardan sonra deyib ki, Moskva özünün və idmançılarının legitim hüquqlarını beynəlxalq idman təşkilatları ilə birlikdə qoruyacaq.

BOK gələn həftə keçirləcək iclasında Rusiya idmançılarına 2018-ci ildə Cənubi Koreyada keçiriləcək qış olimpiya oyunlarlında iştirak icazəsinin verilib-verilməməsi məsələsinə baxacaq.

Dünya Antidopinq Agentliyi (World Anti-Doping Agency) - WADA tərəfindən sifariş edilmiş və 2016-cı ilin dekabrında açıqlanmış müstəqil hesabatda deyilir ki, Rusiyanın olimpiya medalçıları da daxil 1000-dək idmançısı təhlükəsizlik agentliklərinin və laboratoriya işçilərinin də işrtirak etdiyi dopinq proramından faydalanıb.

Hesabatda deyilir ki, Rusiya 30-dan artıq idman növündə ört-basdırla məşğul olub. Bu əməllərin 2011-ci ildən başlandığı və Soçi Oyunlarından sonra da davam etdirildiyi bildirilir.

Nəticədə BOK Rusiyanı qızıl medallar da daxil 10 Soçi medalından məhrum edib. Digər 14 hal barədə təhqiqat hələ başa çatmayıb.

Rusiya medallardan məhrum edildikdən sonra Soçi Oyunlarının medal cədvəlində birinci yerdən üçüncü yerə düşüb.

Aleksandr Zubkov Soçi Olimpiadasında qazandığı 2 qızıl medaldan məhrum edilib
Aleksandr Zubkov Soçi Olimpiadasında qazandığı 2 qızıl medaldan məhrum edilib

Peskov deyib ki, “artıq əldə olunmuş qələbəni oğurlamaq asan deyil və bu bizim qəhrəman idmançılarımızın əbədi qələbəsi olaraq qalacaq”.

Rusiya rəsmiləri dövlət tərəfindən maliyyələşdirilən dopinq proqramının mövcud olduğunu inkar edirlər.

Noyabrın 23-də baş nazirin müavini və keçmiş idman naziri Vitali Mutko deyib ki, onun ölkəsi “beyinlərin yuyulması əməliyyatının” qurbanı olub.

Mutko məsuliyyəti Rusiyanın üstündən atmaq məqsədilə əlavə edib ki, BOK və qlobal antidopinq nəzarətçiləri oyunları “təmiz saxlamaq” kimi “vəzifələrinin” öhdəsindən gəlməyiblər.

XS
SM
MD
LG