Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:33

Kreml Facebook, Twitter və başqa şəbəkələrə tələblərindən geri çəkilir?


Rusiya hakimiyyəti texnoloji şirkətlərdə şəxsi məlumatların saxlanması qaydalarına aid qanunlarının tətbiq olunmasının təxirə salınması məsələsini nəzərdən keçirir.

Söhbət Rusiyada “Yarovaya qanunu” kimi tanınan qanunvericilik aktının tələblərinin dondurulmasından gedir.

RBK agentliyi yazır ki, bu addım “Rusiyanın inkişaf etdirilməsinin milli məqsədlərinə çatılması” üçün atılır.

Sözü gedən Rusiya qanunu Qərb şirkətlərindən Rusiya vətəndaşlarına aid şəxsi məlumatların Rusiya ərazisindəki serverlərdə saxlanmasını tələb edir.

Beləliklə Rusiya hökuməti bu qanunun tətbiqinin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul etməyə hazırlaşır.

Söhbət ilk növbədə Facebook və Twitter kimi sosial media şirkətlərindən gedir. Bu şirkətlər Rusiya qanununa tabe olmaqdan onsuz da imtina edirdilər.

Bu qanunu onsuz da sayan yoxdur

Rusiya bundan əvvəl bu qanuna tabe olmaq istəməyən Telegram platformasını qadağan etmişdi. Sonradan Kreml Telegram-dan istifadəyə faktiki olaraq icazə vermişdi.

Rusiya hakimiyyətinin sözü gedən qərarının layihəsindən məlum olur ki, “Yarovaya qanununun” qüvvəsi 2022-ci ilin 30 oktyabrınadək dayandırılır.

Əvvəllər “Yarovaya qanununun” pozulmasına görə Facebook və Twitter 4 milyon rubl (55 min dollar)cərimə olunmuşdular.

Hər iki şirkət cərimələrin ödənməsindən imtina etmişdilər.

Bundan əvvəl öz serverlərini Rusiyaya köçürməkdən imtina etdiyinə görə Moskva LinkedIn sosial şəbəkəsini də bloklamışdı.

Əslində Rusiyanın sözü gedən qanununa heç bir nəhəng texnoloji şirkət məhəl qoymurdu.

Rusiya hökumətinin nümayəndəsi RBK agentliyinə bildirib ki, hazırda sözü gedən qaydaya baxılması davam etdirilir.

XS
SM
MD
LG