Keçid linkləri

2024, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:19

Azərbaycan daha 21 hərbçi itirdiyini açıqladı


Bakı da, Yerevan da sərhəd üçün SSRİ xəritəsinə razıdır. Amma mübahisə qalır: hansı ilin xəritəsi?
Gözlə

No media source currently available

0:00 0:05:14 0:00

Bakı da, Yerevan da sərhəd üçün SSRİ xəritəsinə razıdır. Amma mübahisə qalır: hansı ilin xəritəsi?

Azərbaycan daha 21 hərbçi itirdiyini açıqladı

Azərbaycan Müdafiə Nazirliyi (MN) bu gün, sentyabrın 15-də Ermənistanla sərhəddə son günlər baş verən döyüşlərdə daha 21 hərbi qulluqçu itirdiyini açıqlayıb.

Nazirlik iki gün əvvəl - sentyabrın 13-də itkilərinin 50 hərbçi olduğunu bildirmişdi.

Ermənistan da öz itkilərini açıqlayıb. Onlar bir neçə gün əvvəl itkilərinin 49, sentyabrın 14-də isə 105 olduğunu bildiriblər.

Azərbaycan MN: "Qarşı tərəfə canlı qüvvə və texnika baxımından ciddi ziyan dəyib"
Gözlə

No media source currently available

0:00 0:05:24 0:00

BMT Təhlükəsizlik Şurasının qapalı iclası olub

Azərbaycan və Ermənistan sərhədində yaranmış vəziyyət müzakirə olunub.

Rusiyanın dövlət TASS xəbər agentliyi Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzyaya istinadən bildirib ki, Moskva bu iclasda münaqişənin tənzimlənməsi sahəsində öz fəaliyyəti barədə məlumat verib.

Rusiya səfirinin sözlərinə görə, BMT TŞ-nin qapalı məsləhətləşmələrinin bütün iştirakçıları yekdil şəkildə Azərbaycan və Ermənistan arasında atəşkəsin ən tez bir zamanda bərqərar edilməsinə tərəfdar olduqlarını bildiriblər.

Ərdoğan Ermənistana xəbərdarlıq edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 14-də deyib ki, Ermənistanın Azərbaycana münasibəti qeyri-məqbuldur və bunun nəticələri olacaq. Prezident Ankarada keçirilən mitinqdə deyib: "Ümid edirik ki, Ermənistan tutduğu yanlış yoldan mümkün qədər tez qayıdacaq, vaxtını və enerjisini sülhün gücləndirilməsinə həsr edəcək. İmzaladığı razılaşmanın şərtlərini icra etməyən, üstəlik, daim aqressiv münasibət nümayiş etdirən Ermənistan tərəfi üçün, bunun, əlbəttə, nəticələri olacaq".

"Reuters" Türkiyə rəsmilərinə istinadən yazır ki, Ərdoğan Azərbaycan və Ermənistan arasında yaranmış gərginliyi bu həftə Rusiya prezidenti Vladimir Putinlə Özbəkistanın Səmərqənd şəhərində müzakirə edəcək.

Paşinyan 105 erməni hərbçinin həlak olduğunu deyir

Sentyabrın 14-də Ermənistan Baş naziri Nikol Paşinyan parlamentə bildirib ki, son məlumata görə, sərhəd boyunca toqquşmalarda həlak olan erməni hərbçilərin sayı 105-ə çatıb.

Prezident Avropa İttifaqının nümayəndəsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarı qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, T.Klaar sentyabrın 12-dən 13-nə keçə gecə dövlət sərhədində baş vermiş gərginliklə bağlı narahatlığını ifadə edib, Avropa İttifaqı rəhbərliyinin Ermənistanın baş naziri və Azərbaycan prezidenti ilə telefonla danışdığını diqqətə çatdırıb.

Azərbaycan dövlət başçısı vurğulayıb ki, bu genişmiqyaslı təxribatı məhz Ermənistan tərəfi törədib. O, Azərbaycanın Brüsseldə aparılmış müzakirələrin davamı olaraq sülh gündəliyini dəstəklədiyini bildirib.

Qarabağ müharibəsinin Qazaxıstanlı iştirakçıları etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Qazaxıstan: "Sərhədin hər hansı formada pozulmasından danışmaq çətindir"

Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsi ilə əlaqədar Qazaxıstan sülhməramlılarının Ermənistana göndərilməsi müzakirə edilmir. Bunu Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi jurnalistlərə deyib. Onun sözlərinə görə, "Azərbaycan-Ermənistan sərhədi delimitasiya və demarkasiya olunmayıb, ona görə də sərhədin hər hansı formada pozulmasından danışmaq çətindir".

Nazir qeyd edib ki, hazırda birinci iş sərhədin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işini bərpa etməkdir. Tleuberdi bildirib ki, ölkəsi delimitasiya və demarkasiya təcrübəsini Yerevan və Bakı ilə bölüşməyə hazırdır: "Biz sərhədimizi bütün quru, dəniz perimetrləri üzrə demarkasiya etmişik. Demarkasiya Rusiyanı çıxmaqla, demək olar, bütün ölkələrlə praktiki bitib. Rusiya ilə bu iş hələ iki-üç il çəkə bilər".

Azərbaycan Kəlbəcərdə mövqelərinin vurulduğunu bildirir

Azərbaycan Müdafiə Nazirliyi (AMN) sentyabrın 14-ü günorta saatlarında Kəlbəcər istiqamətində mövqelərinin artilleriya atəşinə tutulduğunu açıqlayıb.

Məlumata görə, Azərbaycan ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində mövqelərini Ermənistan silahlı qüvvələri D-30 və D-20 toplarından atəşə tutub.

"Azərbaycan ordusu tərəfindən yalnız legitim hərbi hədəf olan atəş nöqtələrinə qarşı lokal cavab tədbirləri həyata keçirilir", - məlumatda bildirilir.

Hələlik, bu məlumata Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Ermənistan hücumların davam etdiyini deyir

Ermənistanın Müdafiə Nazirliyi sentyabrın 13-dən 14-nə keçən gecə sərhəddə vəziyyətin gərgin olaraq qaldığını bildirir. Nazirliyin sözçüsü Aram Torosyanın sözlərinə görə, qarşı tərəf Cermuk istiqamətində zərbə dronlarından istifadə edib. O, Azərbaycan qüvvələrinin bu gün səhər 8-dən artilleriya, minaatanlar, irikalibrli odlu silahla Cermuk və Verin Şorj istiqamətlərində hücuma keçdiyini iddia edib.

Ermənistan MN müvafiq cavab tədbirləri görüldüyünü, yaranmış vəziyyətə görə məsuliyyətin Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirir.

Kəlbəcər və Laçın atəşə tutulur - MN

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, Kəlbəcər və Laçın istiqamətlərində bölmələri artilleriya atəşinə tutulub.

Nazirliyin məlumatına görə, Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və səhər saatlarında Kəlbəcər, Laçın rayonları istiqamətlərində bölmələrini minaatan və artilleriya qurğularından atəşə tutub.

"Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür", - məlumatda qeyd edilir.

+++

Ermənistan sentyabrın 13-dən 14-nə keçən gecə Azərbaycanın mövqelərinə atəş açılması haqda Müdafiə Nazirliyinin məlumatını "dezinformasiya" adlandırıb.

"Bu növbəti dezinformasiyanın Azərbaycanın suveren Ermənistan ərazisinə hərbi təcavüzü üçün informasiya dayağı olmasına əmin olduq", – Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan deyib.

+++

BMT-nin Baş katibi Antonio Quterreş Ermənistanla Azərbaycanla gərginliyi təcili azaltmağa, “maksimum təmkin göstərməyə, istənilən ziddiyyətli məsələni dialoq, mövcud formatla çərçivəsində həll etməyə” çağırıb. Açıqlamanı baş katibin sözçüsü Stefan Ducariç yayıb.

Bu gün – sentyabrın 14-də BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcəyi bildirilir. Şuranın sədri vəzifəsini icra edən Fransanın Prezidenti Emmanuel Makron bir gün öncə məsələnin müzakirə olunacağını deyirdi. Ermənistan sentyabrın 13-də gecə sərhəddə yaranmış gərginliyin müzakirə olunması üçün şuranı təcili iclas keçirməyə çağırıb.

Paşinyan: 'Azı 49 nəfər itki var və bu, son rəqəm deyil'
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

KTMT Ermənistana missiya göndərir

Yerevan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da yardım üçün müraciət edib. Qurum sentyabrın 13-də virtual iclasda vəziyyəti müzakirə edib.

Görüşdən sonra Belarus prezidentinin mətbuat xidməti bildirib ki, KTMT-nin Baş katibi Stanislav Zas münaqişə zonasına gedəcək və vəziyyəti dəyərləndirərək detallı hesabat hazırlayacaq.

İclasda irəli sürülən digər təklifə görə, KTMT vəziyyətin təhlili və təkliflərin hazırlanmasından ötrü qurum katibliyi və birgə qərargahlarının işçi qrupunu yaradacaq.

Xatırlatma

Azərbaycan və Ermənistan sərhəddəki son toqquşmalara görə bir-birini ittiham edir. Ermənistan Azərbaycanı öz suveren ərazisinə girməkdə suçlayır, Azərbaycan isə Ermənistanın irimiqyaslı provokasiyasına cavab verdiyini bildirir.

Toqquşmalarda 50 azərbaycanlı, 49 ermənistanlı hərbçinin öldürüldüyü açıqlanıb.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına əsasən döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələlik, sülh sazişi imzalamayıb. İki ölkə liderinin avqustun 31-də Brüsseldə Aİ-nin vasitəçiliyi ilə keçirilən görüşündə iki ölkənin xarici işlər nazirlərinə sülh sazişinin mətni üzərində işləmək tapşırılıb.

XS
SM
MD
LG