Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 07:49

Kuba hakimiyyəti 1976-cı ildən qüvvədə olan konstitusiyanı dəyişir (Video)


Raul Castro və Miguel Diaz-Canel
Raul Castro və Miguel Diaz-Canel

Kuba parlamenti dekabrın 23-də yeni konstitusiya layihəsini yektilliklə qəbul edib.

Reutersin məlumatına görə, layihədə 1976-cı ildən qüvvədə olan qanunvericiliyin dəyişdirilməsi nəzərdə tutulur.

Dövlət başçısı Migel Dias Kanel (Miguel Diaz-Canel) deyib ki, indi növbə,ümummilli referendumundur.

“Gələn il fevfralın 24-də davam edəcək proses, xalq hakimiyyəti və bizim cəmiyyətimizim demokratik xarakterinin təzahürüdür”, Migel Dias Kanel deyib.

Kuba parlamenti yeni konstitusiya layihəsi qəbul etdi
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Layihədə kommunist cəmiyyəti qurulmasından söz getməsə də, kommunist partiyasının hakim siyasi qüvvə kimi statusu qorunub saxlanır.

İqtisadiyyat yenə də dövlətin nəzarətində olacaq.

Amma özəl biznesin hüquqları genişləndirilir və xarici investorlar üçün yeni imkanlar açılır.

Müşahidəçilərin fikrincə, həmçinin yeni qanun layihəsi eyni cinsdən olan şəxslərin evlənməsini leqallaşdırır.

Hakimiyyət ailə məcəlləsinin də referenduma çıxarılacağını vəd edib.

Layihəyə görə, həmçinin ölkənin ali rəhbərlərinin hakimiyyət müddəti və yaşına məhdudiyyət qoyulacaq.

Cəmiyyətdə o qədər də dəstəyi olmayan müxalifətsə, sosial şəbəkələrdə refrendum əleyhinə kampaniyaya başlayıb.

XS
SM
MD
LG