Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:36

Latviya Seymi sovet abidəsinin sökülməsinə icazə verdi


Riqadakı sovet qələbə abidəsi
Riqadakı sovet qələbə abidəsi

Bu barədə qətnamə layihəsi hər iki oxunuşda qəbul olunub

Latviya parlamenti – Seym mayın 12-də ölkə ərazisindəki sovet abidələrinin qorunmasına və keçmiş sovet hərbçilərinin dəfninə maneçilik törədilməməsinə dair Rusiya ilə razılaşmanı birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul edib.

Bu barədə qətnamə layihəsi hər iki oxunuşda qəbul olunub.

Beləliklə də Seym II Dünya Müharibəsində həlak olmuş sovet ordusu hərbçilərinin xatirə kompleksinin dağıdılması qarşısındakı hüquqi maneələri aradan qaldırıb.

Bu böyük abidə paytaxt Riqanın mərkəzində yerləşir.

Rusiya Sovet İttifaqına oxşadıqca...

Latviya cəmiyyyıətinin bir hissəsi bu abidəni sovet işğalnın rəmzi hesab edir. Əsasən rusdillilərdən ibarət digərləri isə abidənin sökülməsinə qarşıdırlar.

Onlar hesab edirlər ki, bu abidə Riqanı nasizmdən xilas edənlərin xatirəsini təcəssüm etdirir.

Bu ziddiyyətlər Rusiyanın Ukraynaya əsassız və səbəbsiz hücumundan sonra daha da kəskinləşib.

Seymin xarici əlaqələr komissiyasının sədri Rixard Kols bu barədə deyib:

"Rusiya rəsmi şəxslərinin ritorikası ilə məqsədyönlü şəkildə bugünkü Rusiya Federasiyası ilə Sovet İttifaqı arasındakı assosiasiyanı gücləndirir”.

CurrentTime kanalı xəbər verir ki, Kols Seymdəki səsvermənin təşəbbüsçüsü olub.

Pozulması çətin saziş

Bu da xəbər verilir ki, birinci oxunuşda bu qətnamənin əleyhinə rusdilli vətəndaşların maraqlarını təmsil edən “Soqlasiye” partiyasının 20 deputatı səs verib.

Qəbul edilmiş sənəd habelə Riqadakı abidədən başqa ölkənin digər yerlərindəki sovet abidələrinin və xatirə lövhələrinin ləğvini nəzərdə tutur.

Rusiya ilə bağlanmış sözü gedən sazişin şərtlərinə görə Latviya bu razılaşmanın ləğvinə dair qərarı Rusiya ilə birlikdə qəbul etməlidir.

Sözü gedən xatirə kompleksinin sökülməsinə dair qərarı Riqa Duması təsdiq etməlidir.

Riqa meri Martinış Stakis mayın 11-də ehtimal etdiyini bildirmişdi ki, abidənin sökülməsi oktyabrın 1-də keçiriləcək seçkidə Seymin yeni heyəti müəyyənləşənədək baş verməyəcək.

XS
SM
MD
LG