Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:56

Latviya lokdauna girir


Latviya, arxiv fotosu
Latviya, arxiv fotosu

Pfizer-BioNTech artıq Kanadada 5-11 yaşlılara vaksin vurulması üçün müraciət edib

ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) ölkə vətəndaşlarına COVID-19-a qarşı buster dozanın əvvəlki vaksindən fərqli olmasına icazə verə bilər. Bu haqda “The New York Times” oktyabrın 18-də yazıb.

Kanadada 5-11 yaşlılara peyvənd vurula bilər

FDA ötən ay yaşı 65 və daha yuxarı olanlara, eləcə də risk qrupu xəstələrinə Pfizer/BioNTech vaksininin buster dozasını vurmağı təsdiqləyib. Qurumun məşvərətçi paneli Moderna və Johnson & Johnson vaksinlərinin gücləndirici dozalarını da dəstəkləyib.

The Times yazır ki, ABŞ hökuməti hansısa vaksinə daha üstün yanaşma sərgiləməyəcək, ancaq ilkin vaksinlə eyni buster dozasını vurdurmağa üstünlük verildiyini bildirəcək.

FDA məsələni şərh etməyib.

Pfizer-BioNTech artıq Kanadada 5-11 yaşlılara vaksin vurulması üçün müraciət edib.

Kanadada bu yaş qrupuna COVID-19 vaksini vurulması üçün ilk dəfədir müraciət olunur. Pfizer-BioNTech vaksini bu ölkədə 12 və daha yuxarı yaşlılara artıq vurulur.

Latviya

Digər regionlardan gələn xəbərlər isə ürəkaçan deyil.

Latviyanın baş naziri Krisjanis Karins ölkənin bir aylıq lokdaun rejiminə keçəcəyini bildirib. Ölkədə koronavirusa yoluxmalar artır, vaksinasiya səviyyəsi isə aşağıdır.

“Peyvənd olunanlardan üzr istəyirəm, amma məhdudiyyətlər hamıya aid olacaq. Peyvənd olunmayan, COVID-ə yoluxan və xəstəxanada ölənlərin sayı çoxdur”, – Karins jurnalistlərə deyib.

Lokdaun oktyabrın 21-dən noyabrın 15-dək davam edəcək. Axşam 8-dən səhər 5-dək isə komendant saatı tətbiq olunacaq.

Yalnız ərzaq və digər vacib mallar satan mağazalar açıq olacaq. Adamlardan əssən məsafədən işləmək tələb olunur.

Bolqarıstan

Bolqarıstanda ötən gün koronavirusa 5 minə yaxın yoluxma aşkarlanıb. Bu, martın sonundan bəri ön böyük rəqəmdir. Avropa Birliyinin ən yoxsul ölkəsi sayılan Bolqarıstan virusun yüksək yoluxucu delta ştammı ilə mübarizə aparır.

Son 24 saat ərzində xəstəlikdən 214 nəfər vəfat edib. Ölkədə pandemiya qurbanlarının ümumi sayı 22 min 488 nəfərdir.

Yeni yoluxmaların 84 faizinin, ölənlərin isə 94 faizinin peyvənd olunmayanlar olduğu bildirilir.

Bolqarıstanda sentyabrın əvvəlindən yoluxmalar artır. Yetkin yaşlıların cəmi 25 faizinin tam peyvənd olunduğu deyilir. AB üzrə bu göstərici 75 faizdir.

Ukraynada isə son 24 saat ərzində COVID-19-dan 538 ölüm qeydə alınıb. İndiyədək pandemiya 61 min 348 nəfərin həyatına son qoyub.

XS
SM
MD
LG