Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:17

"Lavrovun səfəri siyasi oyundur"


Lavrov Qarabağa görə Türkiyəni ittiham edib
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Lavrov Qarabağa görə Türkiyəni ittiham edib

►Rusiyalı nazirin portfelindən hansı təkliflər çıxacaq?

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistana səfər etdi.

Bir neçə gün öncə onunaprelin 23-də Azərbaycana da gələcəyi barədə xəbərlər yayılmışdı.

Rusiya baş diplomatının bölgəyə səfərindən cəmi 2 həftə ötür. Siyasi ekspertlər Lavrovun budəfəki səfərindən nə gözləyirlər?

Asim Mollazadə
Asim Mollazadə

“Bu, növbəti oyunlardır”, millət vəkili Asim Mollazadə AzadlıqRadiosuna deyir.

Onun fikrincə, Rusiyanın Ermənistan üzərində nüfuzu və təsir imkanı o qədər böyükdür ki, Qarabağ münaqişəsini “15 dəqiqəyə həll edə bilər”.

Deputat hesab edir ki, Ermənistanda Rusiyaya qarşı keçirilən mitinqlər belə görüntü xarakteri daşıyır:

“Göstərmək istəyirlər ki, guya Ermənistan Rusiyanın təsir dairəsindən çıxmaq istəyir, çıxa bilər. Amma, əslində, bütün bunlar köhnə oyunlardır”.

Milli Məclis üzvünün fikrincə, münaqişənin həlli ilə bağlı beynəlxalq təzyiqlər artanda Rusiya belə oyunlar təşkil edir:

“Bizə isə tezliklə sülh lazımdır, torpaqlarımızı işğaldan azad etmək lazımdır”.

Hikmət Hacızadə
Hikmət Hacızadə

Asim Mollazadə söyləyir ki, Rusiya öz hökmranlığını saxlayan təkliflərə cəhd edə bilər.

“Rusiya ordusunu Azərbaycana qaytarmaq istəyir”

Politoloq Hikmət Hacızadə deyir, Azərbaycan Rusiyanı razı salıb ki, müharibə aparanda Ermənistana kömək eləməsin, 5 rayonu boşaltsın:

“Amma Rusiya da Azərbaycandan bunun müqabilində çox şey istəyir. O istəyir ki, Azərbaycan Rusiyanın yaratdığı qurumlara daxil olsun, Qarabağ bölgəsinə onun sülhməramlıları gəlsin”.

Hikmət Hacızadə hesab eləyir ki, indi Rusiya Ermənistanı 5 rayonu geri qaytarmağa, həm də Azərbaycanı öz təsiri altındakı qurumlara üzv etməyə və ordusunun bölgəyə qayıtmasına razılıq almağa çalışır.

Politoloq hər iki ölkənin “Rusiyanın oyununda hansı mövqe göstərəcəyini” proqnozlaşdırmaq istəmir.

“Moskvanın yeni təklifi yoxdur”

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Rusiyanın münaqişənin ədalətli həlliylə bağlı yeni planı və ya təklifləri yoxdur:

“Lavrovun Ermənistana səfərindən çıxan bir nəticə də budur ki, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun ilkin şərt irəli sürmədən azad olunması ilə bağlı Kremlin Yerevana təzyiq etmək niyyəti yoxdur. Lavrov Ermənistanda deyib ki, Kazan prinsipini Ermənistan rədd etməyib. Lavrovun sözlərindən belə çıxır, Ermənistan rədd etməyibsə, danışıqların ikinci tərəfi – Azərbaycan rədd edib. Əslində isə Azərbaycan Kazan prinsiplərinin əleyhinə deyil. Bu sənəddə rayonların boşaldılmasının, qaçqınların geri qayıtmasının və kommunikasiya xətlərinin açılmasının vurğulanması Azərbaycanın maraqlarına cavab verir. Sadəcə, Bakı sənəddə statusun müəyyənləşməsi maddəsinin əleyhinədir. Ermənistan isə bu maddəni əsas tutaraq, digər bütün maddələri statusdan asılı vəziyyətə gətirir”.

___________________________________________________________

Bunlara da bax:
Vergiyığanlara "paket maaş" əvəzinə "maaşa əlavə"
Dronlar poçtalyona çevrilir- [Video]

___________________________________________________________

Elxan Şahinoğlu əlavə edir ki, Sergey Lavrovun ATƏT sədri olan Almaniyanı münaqişənin həllində fəallığa çağırması siyasi riyakarlıqdır: “Almaniya fəallıq nümayiş etdirməlidirsə, onda Rusiyanın təkbaşına vasitəçiliyi nəyə lazımdır?”

Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevanda keçirdiyi mətbuat konfransında deyib ki, atəşkəslə bağlı 1994-95-ci illərdəki razılıq bir daha pozulmamalıdır:

“Siyasi tənzimlənməyə gəlincə, biz hər şeyi etməyə hazırıq və hər şeyi etmək lazımdır ki, yeni zorakılıq və insident baş verməsin”.

Ancaq Lavrov sülh planı barədə hər hansı açıqlama verməyib.

DİNLƏ: Günün əsas hadisələri AzadlıqLive proqramında (22 aprel)

Lavrov: "Ermənistan Kazan sənədini rədd etməyib"
ReAL sədri İlqar Məmmədovu buraxmaya bilərlərmi?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (22 aprel)

Meydan TV ətrafında nə baş verir?

XS
SM
MD
LG