Ərdəbilə kəndinin əksər ailələri sosial çətinliklər üzündən burdan köç edəsi olublar. Qalan ailələrsə maldarlıq, qoyunçuluqla məşuldur. Kəndə təbii qaz kəməri çəkilmədiyindən insanlar hələ də odun peçi ilə evlərinizi qızdırır və yemək hazırlayırlar.
Lerik rayonunun Ərdəbilə kəndində həyat...

1
Axşamtərəfi kənd sakini qoyunları otlaqdan kəndə tərəf gətirir.

2
Kəndin relyefi dağlıq və təpəlik olduğu üçün avtomobil yolu ilə kəndin içərilərinə doğru irəliləmək müşkül məsələdir.

3
Yusifin beş yaşı var, bağçaya getməsə də at minməyi, həyətdəki heyvanlara qulluq etməyi daha yaxşı bacarır.

4
Ramiz dayı kəndi tərk edən 30 ailə kimi evini tərk etməyib öz təsərrüfatını genişləndirərək ömürlük bu kənddə qalmaq istəyindədir.