Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:28

Lerikdə torpaq sürüşür…


Lerikdə torpaq sürüşməsi
Lerikdə torpaq sürüşməsi

Lerik rayonunun Hamarat kəndinin ərazisində torpaq sürüşməsinin baş verdiyi bildirilir.

Rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov da torpaq sürüşməsi ilə bağlı onlara müraciət edildiyini təsdiqləyir: "Hamarat kənd sakini Əlibala Qurbanəlioğlu torpaq sürüşməsi ilə bağlı icra hakimiyyətinə müraciət edib. Onun yaşadığı evin yaxınlığında olan pay torpağında sürüşmə var, evə yaxınlaşır. Gələcəkdə problem yarana bilər. Ancaq mütəxəssis rəyi yoxdur".

Müavinin əlavə etməsinə görə, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub, onlar gəlib baxış keçirdib son qərar verməlidirlər:

"Evlərin yaxınlığında…"

"Bilmək lazımdır ki, bu, təbii fəlakətdir, ya vətəndaşın müdaxiləsindən sonra yaranan vəziyyət. Bu yaxınlarda baxacaqlar. Bizdə aktiv torpaq sürüşməsi, əsasən, Veri Əliabadi kəndinin ərazisində olur. Bir neçə vətəndaş var, onların yaşadığı evlərin yaxınlığında gedən torpaq sürüşmələrini Ekologiya və Təbii Sərvətlər Nazirliyi təsdiq edib. Hamarat kəndinin ərazisində isə lokal sürüşmələrdir".

"10-a yaxın ev qəzali vəziyyətə düşüb"

İki ilə yaxındır ki, Veri Əliabadı kəndində aktiv torpaq sürüşməsi müşahidə olunur. Şikayətlərə görə, ötən ilin yanvar və aprel aylarında bu ərazidə torpaq sürüməsi nəticəsində 10-a yaxın ev qəzali vəziyyətə düşüb.

Lerik rayonu dağlarla əhatə olunub, 160 kəndi var, əhalinin sayı 85 min nəfərdən çoxdur.

XS
SM
MD
LG