Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:03

Levon Ter-Petrosyan: 'Paşinyan yox, Ermənistan təslim olub'


Ermənistan Azərbaycanın 5 bəndlik sülh prinsiplərinə özünün daha 6 bəndini əlavə edir
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Ermənistan Azərbaycanın 5 bəndlik sülh prinsiplərinə özünün daha 6 bəndini əlavə edir

Keçmiş prezidentin fikrincə, hazırkı daxili siyasi qarşıdurma Ermənistanın qarşıdan gələn çətin danışıqlardakı mövqeyini zəiflədir.

“Paşinyanın yerində kimin – Robert Koçaryanın, Serj Sarkisyanın, lap belə deyək ki, İşxan Saqatelyanın olmasından asılı olmayaraq istənilən şəxs, Ermənistana qəbul etdiriləcək qərarı itaətkarcasına qəbul etməli olardı”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun məlumatına görə bunu özünün ilur.am saytında dərc etdiyi məqaləsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan yazıb.

Ter-Petrosyanın fikrincə “hazırkı daxili siyasi qarşıdurma” Ermənistanın qarşıdan gələn çətin danışıqlardakı mövqeyini zəiflədir:

“Kompromislərdən imtina və status quo-nun saxlanması siyasətinin milli fəlakətə gətirib çıxardığını sübut etməyə ehtiyac yoxdur. Fəlakətdən sonra bunu hətta həmin siyasətin bəzi keçmiş tərəfdarları da etiraf edirlər”.

Ermənistan polisi parlament binasının mühafizəsini gücləndirib
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

"Tarixin məhkəməsi"

Levon Ter-Petrosyanın məqaləsində daha sonra deyilir:

“Amma bununla yanaşı, özlərinə haqq qazandırmaq üçün bir çoxları isbat etməyə çalışırlar ki, onlar lap kompromis yolunu seçsəydilər də nəticəsi belə olacaqdı. Bu, aciz bir şəkildə özünə haqq qazandırmaq çəhdindən başqa bir şey deyil...çünki tarix feilin şərt formasını xoşlamır”.

Ermənistanın birinci prezidenti yazır ki, tarix yalnız baş verənləri qeydə alır:

“Buna görə də Qarabağ münaqişəsinin kompromis yolu ilə həllinin əleyhdarları (dövlət xadimləri, ziyalıların nümayəndələri) öz antimilli hərəkətlərinə nə qədər haqq qazandırmağa çalışsalar da, gec ya tez, tarix məhkəməsinin qarşısında dayanacaqlar... Bundan hələ heç kim qaça bilməyib”.

“Paşiyanın yerində hər kim olsaydı belə...”

Levon Ter-Petrosyan yazır ki, kompromis əleydarlarının bugünkü hərəkətləri də Ermənistan və Qarabağdakı böhranı dərinləşdirir.

Keçmiş prezident bildirir ki, indiki müxalifətin başlıca məqsədinin nə olduğu bilinmir:

“Serj Sarkisyanın təşəbbüsü ilə Paşinyana “təslimçi” yarlığı yapışdırılıb. Bu bəlkə həqiqət olsa da, yarımçıq həqiqətdir. Əslində Paşinyan yox, Ermənsitan təslim olub. Paşinyan sadəcə olaraq Ermənistanın kapitulyasiyası haqqında bəyanata qol çəkib. Bu səbəbdən də Paşinyanın yerində kimin – Robert Koçaryanın, Serj Sarkisyanın, lap belə deyək ki, İşxan Saqatelyanın olmasından asılı olmayaraq, istənilən şəxs Ermənistana qəbul etdiriləcək qərarı itaətkarcasına qəbul etməli olardı”.

Levon Ter-Petrosyan yazır ki, problem Ermənistanda kimin lider olmasından asılı deyil:

“Əgər bu sadə həqiqət başa düşülməsə, ölkəmizin daxili siyasi silkələnməsi davam etdirilsə, bizdən tələb olunacaq qərarlar, Paşinyanın, yoxsa başqa birinin yekun sənədə qol çəkməsindən asılı olmayaraq dəfələrlə ağrılı olacaq”.

“Ümidsiz bir şəkildə nikbin olaraq...”

Keçmiş prezidentin fikrincə müxalifətin indiki liderləri bunu başa düşmürlərsə, deməli onların siyasətdən anlayışları yoxdur:

“Yox, əgər onlar bunu anlayaraq daxili siyasi silkələnməni davam etdirirlərsə, deməli onlar milli maraqlara qətiyyən aidiyyatı olmayan başqa maraqları güdürlər”.

Bununla yanaşı Ter-Petrosyanın fikrincə müxalifətin təşkil etdiyi etirazlara hazırkı hakimiyyətin sərt reaksiyası da milli maraqlara xidmət etmir:

“Ümidsiz bir şəkildə nikbin olaraq, mən hər halda gözləyirəm ki, qarşıduran tərəflər, nəhayət, öz mövqelərinin təhlükəliliyini dərk edəcək, vəziyyəti daha da mürəkkəbləşdirməmək və yeni təhlükələrdən yan keçmək naminə hər hansı bir razılaşmaya nail olacaqlar”.

Levon Ter-Petrosyan yazır ki, “əgər ziyalıların nümayəndələri vətənpərvər bir işlə məşğul olmaq istəyirlərsə, qoy Nikol Paşinyanı, Robert Koçaryanı, Serj Sarkisyanı bir masa ətrafına gələrək daxili siyasi böhrandan çıxış yolu tapmağa məcbur eləsinlər”.

XS
SM
MD
LG