Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:20

Livanda yenidən etiraz aksiyaları başlayıb


Livanda etiraz aksiyası ,14 yanvar, 2020
Livanda etiraz aksiyası ,14 yanvar, 2020

Livanda iqtisadi vəziyyətə etiraz olaraq aksiyalar b'rpa edilib.

France 24 portalının məlumatına görə aksiyaçılar paytaxt Beyrut ətrafında bir neçə magistral yolu bağlayıblar. Həmçinin Beyrutun digər rayonlarında yolların bağlandığı bildirilir.

Yanvarın 14-də ölkədə iqtisadi geriliyə etiraz olaraq yenidən aksiyalar başlayıb.

Aksiyaçılar şəhərin cənubu, şərqi və qərbində maşın təkərləri yandıraraq əsas magistral yolları bağlayıblar. Nəticətə hərəkət tam dayanıb.

Aksiyaya məktəblilər və tələbələr də qoşulub.

Şəhərin mərkəzində isə onlarla sakin mərkəzi bankın qarşısına toplaşaraq hakimiyyətin iqtisadi siyasətinə etiraz bildiriblər. Amma təhlükəsizlik qüvvələri onların banka yaxınlaşmasına imkan verməyib.

Həmçinin Livanın şimalındakı Tripoli şəhəri və Akkar əyalətində oturaq etiraz aksiyaları keçirilib.

Ölkənin digər şəhərlərində də banklar və yerli administrasiyaların qarşısında etiraz aksiyaları keçirilib.

XS
SM
MD
LG