Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:39

Adamların lombarda qoyduğu 200 minlik qızıl-brilyant hara gedib


Lombardlara dövlət nəzarəti
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Lombardlara dövlət nəzarəti

Bakının Xətai rayonunda yerləşən lombarda qızıl-zinət əşyalarını girov qoyub pul götürən adamlar həmin əşyalarını geri ala bilmirlər. Onların şikayətinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan isə lombarda rəhbərlik etmiş Dürrə İsmayılovadır.

43 yaşlı D.İsmayılova ümumilikdə təxminən 200 minlik qızıl-brilyantı ələ keçirməkdə günahlandırılır. Ona CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

***Buna da bax-'Bir vedrə' qızılı oğurlamaqda suçlanan azadlığa buraxıldı

Bu cinayət işi lombardın müştərilərinin şikayəti əsasında başlanıb. Ardınca da D.İsmayılova axtarışa verilib. Lombard sahibi tutulsa da, sonradan buraxılıb. İstintaq və məhkəmə dövrü üçün onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Ona görə də məhkəməsinə evindən gedib-gəlir.

«Rəşada verilən qızıllara görə məsuliyyət daşımıram»

Bu iş üzrə ötən məhkəmə iclasına D.İsmayılova gəlməmişdi. Məhkəməyə xəbər göndərmişdi ki, səhhətindəki problemlər üzündən gələ bilmir. Fevralın 15-də keçirilən məhkəməyə isə onun vəkili gəlməyib. Vəkilsiz də məhkəməni davam etdirmək mümkün deyil. Bu da qızıllarını tələb edən zərərçəkmişlərin etirazına səbəb olub. Onlar narazılıq edib deyiblər ki, D.İsmayılova bu yolla məhkəməni uzatmaq istəyir. Ona görə də məhkəmədə təqsirləndirilən şəxslə zərərçəkmişlər arasında gərginlik yaşanıb.

***Buna da bax-'Qatıq vedrəsinə, çaydana yığıb üç bağlama qızıl-brilyantı...'

D.İsmayılova zərərçəkmişlərin qızıllarını Rəşad adlı adamda olduğunu deyir.

D.İsmayılovanın sözlərinə görə, həmin Rəşad lombardın əvvəlki sahibidir. O, lombardı Rəşaddan icarə əsasında alıb işlədib. Təqsirləndirilən şəxs bildirir ki, zərərçəkmişlərin əksəriyyəti qızıllarını lombardı Rəşad işlətdiyi dövrdə girov qoyublar. Həmin qızılları da Rəşad ona verməyib: «Mən Rəşada verilən qızıllara görə məsuliyyət daşımıram».

Zərərçəkmişlər isə D.İsmayılovanın söylədikləri ilə razılaşmırlar. Deyirlər ki, düzdür, qızılları Rəşadın dövründə girov qoyublar, amma D.İsmayılova işlətdiyi vaxtda da aylarla ona faiz ödəyiblər.

Hər iki tərəf məhkəmədə Rəşadın dindirilməsini tələb edir.

Məhkəmə fevralın 16-da davam edəcək.

XS
SM
MD
LG