Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:22

Məhbusların qaçması ilə Lotu Qulinin nə əlaqəsi var? [video]


Kriminal avtoritetlərin siyasi proseslərə təsiri ola bilərmi?
Gözlə

No media source currently available

0:00 0:14:32 0:00

Kriminal avtoritetlərin siyasi proseslərə təsiri ola bilərmi? [A-Live]

Əvvəlcə məlumat yayılır ki, ağır cinayətlərdə ittiham olunan iki məhbus qaçıb, bir gün sonra media Nadir Sələfovun – Lotu Quli kimi məşhur olan kriminal avtoritetin buraxılması barədə yazır.

Hələlik Ədliyyə Nazirliyindən avtoritetin azad edilməsi barədə hər hansı rəsmi şərh vermirlər. Amma onun vəkili deyib ki, Nadir Sələfov ona təyin edilən cəzanın əsas hissəsini çəkdiyi üçün məhkəməyə müraciət ediblər, hakim də onların müraciətini nəzərə alıb.

Amma yerli mediada Nadir Sələfovun adamları kimi təqdim edilən iki qaçmış məhbusdan hələlik bir xəbər yoxdur. Oktyabrın 26-da penitensiar xidmət qaçan məhbusların birinin saxlandığı xəbərini yayıb.

Buna da bax:​ Məhbusların qaçmasına görə tutulanlar və işdən azad olunanlar var [yenilənib]

Nə baş verir? Olayları, gələn ilki seçkiyə bağlayanlar, kriminal avtoritetlərin siyasətə qarışdığını iddia edən şərhçilər də var, baş verənlərin adi kriminal hadisə olduğunu bildirənlər də.

Keçmiş polis zabiti Mahmud Hacıyev düşünür ki, məhbusların qaçması və Lotu Qulinin azad edilməsini bir-birinə bağlamaq doğru deyil, çünki bu barədə fakt yoxdur, üstəlik, məsələni siyasiləşdirməyə dəyməz.

Mahmud Hacıyev
Mahmud Hacıyev

“Femida007” hüquq qəzetinin baş redaktoru Eyyub Kərimov isə əmindir ki, Lotu Quli-nin azadlığa buraxılması siyasi qərardır. Onun sözlərinə görə, qətldə və həbsdə olarkən zorlamada ittiham olunan Qulinin həbs müddəti 2021-ci ildə başa çatırdı.

Buna da bax:​ 'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'

Rusiyada kriminal dəstələri araşdıran Praqa Beynəlxalq Əlaqələr İnstitutunun təhlilçisi Mark Geliotti deyir ki, kriminalın azadlığa buraxılması, hakimiyyətə təzyiqin nəticəsi hesab edilə bilməz:

"Əksər cinayətkarlar ya hakimiyyət və ya hakimiyyətin əsas fiqurları ilə tanışlıq əsasında fəaliyyət göstərirlər. Onlar öz müdafiəçilərinə hansısa bir xidmət göstərməlidirlər, hansısa qanunsuz ödəniş etməlidirlər. Dövlətin mütəşəkkil cinayətkarlıq üzərində nəzarəti var. Rusiyanın kriminalları azərbaycanlı kriminallarla mütləq əməkdaşlıq edir, amma onlar heç bir halda Moskva agenti kimi fəaliyyət göstərmirlər, çünki bu, oyun qaydalarını pozmaq olardı".

Amma hakimiyyət təmsilçiləri adətən Azərbaycanda korrupsiya ilə lazımınca mübarizə aparıldığını bildirirlər.

Buna da bax:​ Cərimələrdən Prezident Aparatının işçilərinə nə qədər düşür

Mark Gelioti deyir ki, kriminal avtoritet Rövşən Lənkəranski öldürüləndən sonra onun Rusiyadakı biznes maraqları Qulinin təsir dairəsinə keçib. Quli Rusiyada nüfuzlu kriminal Ded Xasan ləqəbli avtoritet Aslan Usayanın dəstəsinə yaxındır və Qulinin azadlığa buraxılması, Ded Xasanın dəstəsinin əlinə oynamaqdır, çünki Rusiyada kriminalların soyuq müharibəsi gedir. Şərhçi deyir ki, baş verənlərin Azərbaycan üçün təhlükəsi yoxdur, çünki Lotu Qulinin əsas biznesi Rusiyadadır.

Amma siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, baş verənlərin Azərbaycanın siyasi həyatına ciddi təsiri olacaq. Belə ki, gələn il ölkədə prezident seçkisi keçiriləcək və Naxçıvan klanı və Paşayevlər klanı arasında mübarizə gedir, bu mübarizə həm də kriminal avtoritetlər uğrunda mübarizəyə aiddir.

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

İlham Əliyev dəfələrlə deyib ki, ölkədə sabitlik var. Kriminal avtoritetlərin hansısa bir hay-küylü qətl hadisəsində iştirak etməsi vəziyyəti köklü şəkildə dəyişməklə nəticələnə bilər.

Azər Rəşidoğlu deyir ki, kriminal avtoritetlərin siyasətə qarışması KQB təcrübəsidir, 1990-cı illərin sonunda Azərbaycanda fəallaşan kriminallar siyasi hakimiyyətin tərəfinə keçmişdi, eyni hal təkrarlana bilər.

Buna da bax:​ Lənkəranski öldü, Moskvada azərbaycanlılara münasibət dəyişdi?

Azər Rəşidoğlu gələn ilki prezident seçkisinin əsas fərqli xüsusiyyəti kimi kriminalların aktivləşəcəyini, bunun hakimiyyət klanlarının da arasında mübarizənin qızışacağı fonunda baş verəcəyini bildirir.

Şərhçi hakimiyyət daxilində əsas siyasi qruplaşmanı fərqləndirir: Keçmiş prezident Heydər Əliyevin dövründən qalma, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və həm də Rusiyaya yaxın Naxçıvan klanını. İkinci qruplaşma isə 1-ci vitse prezident və 1-ci xanım Mehriban Əliyevaya və həm də nisbətən Qərbyönümlü Paşayevlər sayılır.

Buna da bax:​ Lotu Quli azadlıqda? Yoxsa başqa həbsxanaya köçürülüb?

Hakimiyyət rəsmiləri adətən bu haqda danışmırlar, amma bu haqda gedən yazıların rəsmi təkzibinə də rast gəlinmir.

XS
SM
MD
LG