Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 08:38

ABŞ və Avropa Birliyi Ludmila Alekseyevanın vəfatı ilə əlaqədar başsağlığı veriblər


Lyudmila Alexeyeva
Lyudmila Alexeyeva

ABŞ və Avropa Birliyi rusiyalı hüquq müdafiəçisi,Moskva Helsinki qrupunun rəhbəri Ludmila Alekseyevanın (Lyudmila Mikhaylovna Alexeyeva) ölümü ilə bağlı başsağlığı veriblər.

“ABŞ-ın Moskvadakı səfirliyi Ludmila Alekseyevanın vəfatını dərin hüznlə qarşılayır.Onun ədalətsizlik və represiya qurbanları uğrunda fədakar işi hamımız üçün bir nümunədir”,səfirliyin bəyanatında bildirilir.

Həmçinin Avropa Birliyi,Rusiyanın müxalif siyasətçiləri mərhumun ölümü ilə bağlı başsağlığı veriblər.

Kremlin sözçüsü Dimitri Peskovun sözlərinə görə, prezident Vladimir Putinin də onun ölkə həyatındakı bir çox məsələlərdə prinsipial mövqeinə həddən artıq hörmətlə yanaşırmış.

Alekseyeva bir neçə gün əvvəl yenidən İnsan Haqları Şurası-nın tərkibinə düşübmüş.

Mərhum, Moskva Helsinki qrupu 1976-cı ildə yarandığı andan onun üzvüdür.

Növbəti il Sovet hakimiyyəti tərəfindən təqib olunduğuna görə mühacirətə getməli olub və ABŞ-da yaşayıb.

“Azadlıq” və “Amerikanın səsi” radiolarında insan haqları ilə bağlı verilişlər aparıb.

1993-cü ildə Rusiyaya dönüb. 1996-cı ilin mayında Moskva Helsinki qrupunun sədri seçilib. Dəvələrlə Rusiya hakimiyyətini insan haqları pozuntularına görə tənqid edib.

Ludmila Alekseyevna dekabrın 8-də 91 yaşında Moskvada vəfat edib.

XS
SM
MD
LG