5-ci dəfə Belarus prezidenti seçilən Aleksandr Lukashenka ötən bazar keçirilən prezident seçkisi zamanı məntəqədə xoşagəlməz halla üzləşib.
Lukashenka 1 nömrəli məntəqəyə daxil olanda, yerli müşahidəçi Natalya Goryacko ayağa durmayıb. O AzadlıqRadiosunun Belarus xidmətinə müsahibəsində deyib ki, bununla bütün beıarus xalqı adından ona olan münasibəti göstərdim.
Goryacko deyir ki, müşahidə komissiyasına düşən istənilən Belarus vətəndaşı eyni şeyi edərdi:” Hesab eləmirəm ki, nəsə gözəl bir şey eləmişəm. Belarusda baş verənləri başa düşən istənilən belarus belə edərdi. Bu məntəqədəki müşahidəçilər xüsusi, hazırlanmış adamnlardır. Onlar komissiyanın tanış üvləridir və həmişə bir yerdə işləyirlər. Mənim ora neçə düşməyim möcüzədir.Həmkarımı götürdülər, amma mən qaldım və bir belarus vətəndaşı kimi hesab edirəm ki, düz eləmişəm.Bu normaldır”-deyə o bildirib.
Lukashenkanın buna reaksiyasına gəldikdə isə Natalya deyir ki, o həmin an əlindən oyuncağı alınmış küskün bir uşağa bənzəyirdi: “Elə bil onu nədənsə məhrum eləmişdilər. Adətən əlindən oyuncağı alınan uşaqlar bu cür olur. O küskün və pərt idi”.
Komissiya üzvlərinə gəldikdə isə Natalya deyir ki, onlar heçnə deyə bilmədilər: “Onlar 2002-2010-cu illərdəki eyni adamalr idi. Onlar hələ Lukashenko zala girməzdən yarım saat əvvəl ayaq üstə idilər.Bu onların öz işidir, o ki qaldı mənim elədiyimə bu gözlənilməz idi və mənə heçnə deyə bilmədilər”-deyə o bildirir.