Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:17

Müsavat fəalı 300 manat cərimə edildiyini deyir-Yenilənib


Müsavat partiyasının fəalı, İlqar Mahmud
Müsavat partiyasının fəalı, İlqar Mahmud

Müsavat Partiyasının fəalı İlqar Mahmudun sentyabrın 14-də Binəqədi Rayon Məhkməsinin qərarı ilə 300 manat cərimə edildiyi bildirilir.
Bu barədə azadlığa buraxılan İlqar Mahmudun özü danışıb.

İ.Mahmud deyib ki, sentyabrın 14-də Binəqədi Rayon Məhkməsinə çıxarılıb və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) təqsirli bilinərək 300 (üç yüz manat) cərimə olunub.

Heç vaxt narkotik maddədən istifadə etmədiyini deyən Müsavatçı fəal həbsinin qurama olduğunu və buna görə də məhkəmə qərarından şikayət verəcəyini söyləyir.

“Qərarı hələ verməyiblər, qərar verilədən sonra mən də öz şikayətimi edəcəyəm”, partiya fəalı vurğulayıb.

O, saxlanmasının və cərimə olunmasının səbəbini bilmədiyini söyləyir. İlqar Mahmud əlavə edir ki, sentyabrın 13-də Bakı-Sumqayıt yolundakı Ekologiya postunun yaxınlığında 3 nəfər mülki geyimli şəxs onu saxlayaraq 6 saylı Polis Bölməsinə gətirib:

“Polis bölməsinə girəndə gördüm ki, burada hal şahidi, video və sairə hamısı hazırdır”,İ.Mahmud bildirib.

Sonra Maştağaya aparıldığını söyləyir

Onun sözlərinə görə, daha sonra narkoloji testdən keçirilmək üçün Maştağa qəsəbəsinə aparılıb:

“Mən orada həkimə dedim ki, əgər saxta sənəd versən səninlə Avropa İnsan Hüquqları Məhkəməsində görüşcəyik, amma yenə də öz bildiklərini etdilər” deyə İ.Mahmud qeyd edib.

Musavatçı fəalın bu dediklərinə, hələlik, Daxili İşlər Nazirliyi və Respublika Narkoloji Mərkəzdən münasibət almaq mümkün olmayıb.

***

Saxlandığı güman edilən müsavatçıya vəkil tutulur

Dünən, sentyabrın 13-də saxlanaraq naməlum istiqamətə aparıldığı deyilən Müsavat Partiyası fəalı İlqar Mahmud-un yerinin, hələ də müəyyən edilmədiyi bildirilir.
Bunu AzadlıqRadiosuna Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng etsələr də, həllik, bunun bir nəticəsi olmayıb. “İndi vəkillə müqavilə imzalamağa gedirik ki, məsələni rəsmi araşdıra bilək”, G.Aslanlı bildirib.

İ.Mahmudun oğlu isə deyib ki, sentyabrın 13-də Xırdalan yaxınlığındakı Ekoloji postun ( Dövlət Yol Polisinin Bakı-Sumqayıt yolunda postu ) yanında mülki geyimlilər atasını şəxsi maşından endiriblər.

“Atamı maşından düşürdülər. Məndən soruşdulaır ki, İlqar Muradin nyiyəm? Cavab verdim ki, oğlu. Mənə dedilər ki, qorxma, biz polisdənik, atamı aparıdlar”, deyə İ.Muradın oğlu bildirib.

Müsavat Partiyası Mətbuat Xidmətinin rəhbəri Mustafa Hacıbəyli isə deyir ki, sentyabrın 13-dən Binəqədi Rayon Polis İdarəsinə və Binəqədi ərazisində yerləşən 8 saylı Polis Bölməsinə zəng etsələr də İ.Mahmudun yerini öyrənə bilməyiblər.

“İ.Mahmudun yaşadığı 8-ci mikrorayon ərazisi 8 Saylı Polis Bölməsinin xidmət etdiyi ərazi sayılır”, deyə o qeyd edib.

Bütün bu açıqlamaya, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

***

Bu gün, sentyabrın 13-də Müsavat Partiyasının fəalı İlqar Mahmudun Bakıda yaşadğı evin yaxınlığında saxlanaraq naməlum istiqamətə aparıldığı bildirilir.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı AzadlıqRadiosuna deyib ki, yaxınlarının səylərinə baxmayaraq onun harada saxlandığını müəyyən edə bilməyiblər.

O, məsələ ilə bağlı bəzi fikirlərini də dilə gətirib:

“İlqar Mahmud partiyanın Laçın təşkilatının üzvüdür. “Laçına qayıdış” hərəkatının fəallarındandır. Köçkünlərin tədbirlərində həmişə fəal şəkildə iştirak edirdi”.

Bu deyilənlərə, hələlik, hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Laçın rayonunu 1992-ci ildə Ermənistan silahlı qüvvələri işğal edib.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb.

1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.

XS
SM
MD
LG