Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:18

Müttəhim hökm oxunan kimi özünü güllələyib


İllüstrasiya
İllüstrasiya

Rusiya Federal Penitensiar Xidməti avtonəqliyyat idarəsinin keçmiş rəisi Viktor Sviridov onun haqqında pul qoparılmasına dair ittiham üzrə hökm oxunduqdan sonra məhkəmə zalındaca intihar edib.

Bu məlumatı Moskva şəhər məhkəməsi və İstintaq Komitəsi də təsdiq ediblər.

Sviridov penitensiar xidmətin keçmiş direktor müavini Aleksandr Sapozhnikov-u kompromatla qorxutmaqla ondan 10 milyon rubl (158 min dollar) qoparmaqda ittiham edilirdi.

İstintaqın versiyasına görə 2019-cu il, fevralın 26-da Global City ticarət mərkəzindəki restoranlardan birində Sviridov Sapozhnikov-u onun barəsində “rüsvayçı” məlumatlar yayacağı ilə hədələmişdi.

Müttəhim Moskvanın Çertanovo məhkəməsində təqsirini boyununa almış və məhkəmə onu cəzasını ciddi rejimli koloniyada çəkməklə üç il müddətinə azadlıqdan məhrum edən hökm çıxarmışdı.

Ən aşağı cəzadan da aşağı

Məhkəmədə bunu xüsusi vurğulamışdılar ki, Sviridova minimum cəzadan da aşağı həddə iş kəsilib.

Əslində onun ittiham olunduğu maddə ilə Sviridova 7 ildən 15 ilədək həbsxana cəzası verilməliydi.

Lakin Sviridov onun barəsində hökm oxunan kimi özü ilə gətirdiyi “təltif” tapançası ilə intihar edib.

Moskva şəhər məhkəməsinin mətbuat xidmətinin rəhbəri Ulyana Solopova AzadlıqRadiosuna bildirib ki, müttəhimin tapançanı məhkəmə zalına necə gətirdiyi araşdırılır.

İstintaq Komitəsi də belə bir təhqiqata başladığını bildirib.

Telegram kanalında xəbər verilir ki, Sviridov dördüncü mərhələli xərçəng xəstəsi idi.

Vəkillər buna görə də məhkəmədən daha yüngül cəza istəyirdilər.

Sviridovdan məhkəməyə qədər Moskvanı tərk etməyəcəyinə dair yazılı iltizam alınmışdı.

XS
SM
MD
LG