Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 08:00

Məşhur reper Ermənistana dəstəyindən geri çəkildi


BASKETBALL-NBA/
BASKETBALL-NBA/

Tanınmış Amerika reperi Cardi B Ermənistana verdiyi dəstəkdən imtina edib.

The Guardian yazır ki, WAP adlı mahnısı sentyabr ayında Britaniya musiqi reytinqində ən yüksək pillədə olan reper indi özünü “Ermənistan və Azərbaycan arasında gedən müharibədən çıxarmağa çalışır”.

Əsl adı Belcalis Almánzar olan Cardi oktyabrın 6-da Instagramda 76 milyon izləyicisi üçün Ermənistana dəstək fondunun reklamını dərc etmişdi.

Qəzet yazır ki, reperin bu hərəkəti azərbaycanlıların hiddətinə səbəb olub və onlar Cardi-yə qarşı heşteq yaradıblar.

Bundan sonra Nyu Yorkda yaşayan müğənni çap etdiyi reklama görə üzrxahlıq edib.

O deyib ki, bu reklamı milliyyətcə erməni olan daşınmaz əmlak agentinin xahişi ilə verib.

Həmin agent reperə ev almaqda kömək etməliydi.

Cardi deyib ki, həmin ev dəllalı ona öz ölkəsində “xalqına qarşı soyqırım törədildiyini” söyləyib:

“Mən də dedim ki, niyə də yox. Biz hamıya dəstək verməyə hazırıq. Sonra isə səhər yuxudan oyanıb görürəm ki, Azərbaycandan olan çox sayda insan mənə bəzi şeylər yazır. Mən bilmirdim ki, bu, iki ölkə arasında müharibə imiş”.

The Guardian yazır ki, Kim Kardashian, onun ailəsi, Kanye West, Reddit saytının həmtəsisçisi Alexis Ohanian və müğənni Serj Tankian son günlərdə Ermənistana dəstək bildiriblər.

Almánzar oktyabrın 7-də yazıb ki, o dəstəyini geri götürəndən sonra, indi onu ermənilər tənqid edirlər.

Reper bu barədə deyib:

“Mən belə bir post yazmamalıydım. Mən bu məsələ barədə yaxşıca araşdırma aparmalıydım… Mən yalnız sülh istəyirəm. Mən sülhü sevirəm. Mən istəyirəm ki, hamı bir-birilə yola getsin. Mən adamların ölməsini istəmirəm. Mən üzr istəmişəm amma məni qısnamaqda davam edirlər…”

XS
SM
MD
LG