Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:26

Məhbus sayına görə Avropanın üçüncü ölkəsində yeni həbsxanalar niyə tikilir?


Mehriban Əliyevaya Elina ilə bağlı müraciət - "İşə ciddi yanaşılsın"
Gözlə

No media source currently available

0:00 0:15:04 0:00

Mehriban Əliyevaya Elina ilə bağlı müraciət - "İşə ciddi yanaşılsın"

Avropa Şurası deyir ki, Azərbaycan Avropada məhbus sayına görə 3-cü yerdədədir. Birinci yerdə Rusiya, ikinci yerdə isə Gürcüstandır.

Avropa Şurası aprelin 2-də yaydığı hesabatda onu da bildirir ki, ötən ilin yanvarına olan məlumata görə, Azərbaycanda hər 100 min nəfərə 235 məhkum düşür.

Azərbaycanda ümumi məhbusların sayı isə 23 min nəfərdən çoxdur. Hesabata görə, Azərbaycan həbsxanalarında 25 min məhbus yeri var.

Siyasi fəaliyyət "xuliqanlıq" olanda

Amma bu ilin fevralında azadlığa çıxan AXCP sədrinin müşaviri Məmməd İbrahim deyir ki, saxlandığı cəzaçəkmə müəssisəsində məhbuslar üçün yer yox idi:

“Təsəvvür edin 650 nəfər tutumu olan cəzaçəkmə müəssisəsində 830 nəfər saxlanırdı. Kameralara yataqlar sığışmırdı, dəhlizlərə yataq düzüb, kamera kimi istifadə edirdilər. İçəridə nəfəs olmaq mümkün deyildi. Yeməkxanalarda, sanitar qovşaqlarında biabırçı durum əmələ gəlmişdi”.

Məmməd İbrahim həbsdə olduğu 3 il ərzində bir çox məhbuslarla dərdləşib. Dediyinə görə, orda alimenti ödəyə bilmədiyinə görə, ya da borcunu qaytara bilmədiyinə cəza çəkənlərlə də qarşılaşıb. Onun sözlərinə görə, xaricdə belə əmələ görə daha çox inzibati cəzalar verilir.

Məmməd İbrahim özünün də haqsız və qanunsuz yerə həbs olunması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

O deyir ki, onu təkcə AXCP sədrinin müşaviri kimi siyasi motivl deyil, həm də qanunsuz həbsiz ediblər. Beləki, Cinayət Prosesual Məcəllənin 155.3.1-ci maddəsi iki ilə qədər cəzası olan işlər üzrə həbs qətimkan tədbirinin çıxarılması yasaqlanır. Məmməd İbrahimin vəkili bununla bağlı məhkəmədə vəsatət qaldırandan sonra, onun maddəsi daha da ağırlaşdırılıb.

Məmməd İbrahim 2015-ci ilin sentyabrında xuliqanlıqda ittiham olunaraq, həbs olunub.

Hüquqşünas Yalçın İmanov Azərbaycanda məhbusların sayının çoxluğunu iki səbəblə izah edir. O deyir ki, birincisi, məhkəmələr yeri gəldi-gəlmədi həbs qərarı çıxarır, alternativ cəzalar tətbiq olunmur. İkincisi isə, Azərbaycanda fatkiki olaraq, məhbuslar cəzasının bir hissəsini çəkdikdən sonra vaxtından əvvəl azadlığa çıxmaq haqqından istifadə edə bilmir. Onun fikrincə, bunlar həbsxanalarda korrupsiyaya yol açır, ona görə də ədliyyə orqanları məhbusların bu haqlarından yararnamalarında maraqlı deyillər.

Ədliyyə sözçüsü: Yeni, müasir tipli həbsxanalar tikilir…

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov bütün bu səslənən iddiaları rədd edir. O məhkumların sayının çox olması fikrini də qəbul etmir və deyir ki, həbsxanalarda rüşvətlə də ciddi mübarizə gedir, məhbusların saxlanma şəraiti yaxşılaşdırılır.

Onun sözlərinə görə paytaxt da daxil bir çox rayonlarda yeni, müasir tipli həbsxanalar tikilir. Mehman Sadıqov onu da deyir edir ki, hökumət hər il məhbusların saxlanma şəraiti, onların sayının azaldılması istiqamətində köklü islahatlar aparır:

“Cinayət Məcəlləsinin 300-dən çox maddəsində cəzaların sanksiyası dəyişdirilib. Bu dəyişikliklərdən sonra cəzaçəkmə müəssisələrindən xeyli məhbus azadlığa çıxıb. Bundan başqa amnistiya ilə xeyli məhbus azadlığına qovuşdu. Hər il cənab prezident yüzlərlə məhbusu əfv edir. Məhbusların cəzalarının bir hissəsini çəkdikdən sonra vaxtından əvvəl şərti azadlığa çıxmaları cəzaçəkmə müəssisələrində ən geniş yayılan institutlardan biridir. Bütün bu tədbirlərin nəticəsində məhkumların sayı stabil olaraq, aşağıdır”.

2017-ci ildə Azərbaycanda alternativ cəzaların tətbiqi ilə bağlı qanun qəbul olunub. Bu ilin aprelində isə prezident İlham Əliyev məhkəmələrlə bağlı fərman imzalayıb. Fərmanda həm də cəzaların humanistləşdirilməsi nəzərdə tutulur.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə, Azərbaycanda hansı əməllərə görə həbs cəzasını cərimə ilə əvəzləmək olar?
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Məhkəmə Hüquq Şurasının üzvü, Vəkillər Kolegiyasının sədri Anar Bağırov da razılaşır ki, bəzi hallarda məhkəmələr həbs cəzası əvəzinə başqa cəza növlərindən istifadə edə bilər.

Amma o düşünür ki, son zamanlar məhkəmələrlə bağlı qəbul edilən qanunlar və fərmanlar bu problemi tezliklə həll edəcək:

“Cəzaların humanistləşdirilməsi, dekriminallaşdırma və protestlərlə bağlı prokurorluq orqanlarına verilən tövsiyələr Azərbaycanda məhbusların sayının xeyli azalmasına xidmət edəcək. Əminəm ki, gələn ilin statistikası ilə bu ilin statistikası arasında xeyli azalma olacaq. Mən də düşünürəm ki, hakimlər daha müstəqil olmalıdılar".

Anar Bağırov inanır ki, prezidentin məhkəmə sistemində başladığı islahatlar bu sahədə köklü dəyişikliyə səbəb olacaq.

Amma Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquqşünas İntiqam Əliyev o qədər də nikbin deyil:

“Real islahatlar nə fərmanla, nə də bəyanatlarla mümkündür. Real islahatlar azad seçkidən, demokratiyadan, məhkəmələrin müstəqilliyindən keçir. Bunların isə heç birini hakimiyyət etmək istəmir. Ona görə də bu sahədə durum ürəkaçan deyil”.

İntiqam Əliyev deyir ki, əgər ölkədə insanlar tənqidi fikrinə, nəyəsə etiraz etdiyinə görə həbs olunursa, məhkəmə sistemində gerçək islahatlardan danışmaq yersizdir.

Azərbaycanın məhkəmə sistemi tez-tez yerli və beynəlxalq təşkilatların hesabatlarında da tənqid olunur. Amma Azərbaycan hökuməti bu tənqidlərlə razılaşmır.

XS
SM
MD
LG