Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:33

ABŞ-ın böyük univermaq şəbəkəsi hicab satmağa başladı


İllüstrasiya
İllüstrasiya

ABŞ-ın ən böyük univermaq şəbəkələrindən biri - Macy’s mühafizəkar geyimlərin, o cümlədən müsəlman baş örtüklərinin satışına başlayır.

Univermaq şəbəkəsinin Verona kolleksiyası moda sahəsinin ünlü fotoqraflarından olan Lisa Vogl-un beyninin məhsuludur.

Voql 2011-ci ildə İslamı qəbul edib.

Deyir ki, dinini dəyişəndən sonra müsəlman qadınların gündəlik geyim seçimlərinin çox məhdud olduğunu görüb.

Verona kolleksiyası da bu sahədə dönüşə nail olmaq cəhdidir. Kolleksiyaya hicabdan başqa maksi-üst geyimləri, jiletlər, şalvarlar və s. daxildir.

Qiymətlər $12.95-$84.95 arasındadır.

Buna da bax: Hicablı modelyer-dizayner

Hicablı modelyer-dizayner
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

Son illər Macy’s-in satış həcmləri düşməkdədir. ABŞ boyu 700-ə yaxın univermağı olan Macy’s bunların təxminən 100-nü bağlamağı planlayır.

Ekspertlər düşünür ki, univermaq şəbəkəsi Verona kolleksiyası ilə ABŞ-da getdikcə tələbatın artdığı müsəlman geyimlərinin satışı sahəsində flaqman olmağa çalışır.

Macy’s-in hicab satmaq planları bəzi insan haqları fəalları tərəfindən tənqid də olunub.

Onlar iddia edirlər ki, hicab müsəlman qadınlarının, iradələrinin əleyhinə olaraq taxmağa məcbur edildikləri bir baş örtüyüdür.

İnsan haqları fəalları son həftələr İranda hicabını nümayişkaranə şəkildə atan qadınların hərəkatını misal çəkirlər.

XS
SM
MD
LG