Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:04

'Artıq Azərbaycanda heyvandarlıq sıradan çıxmaq üzrədir'


Fermer təsərrüfatları ard-arda bağlanır...
Gözlə

No media source currently available

0:00 0:07:34 0:00

Fermer təsərrüfatları ard-arda bağlanır... (Arxiv. 2022)

Azərbaycanda mal-qara sayında azalma davam edir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, yanvarda iribuynuzlu mal-qara sayı 2 milyon 510 min, qoyun və keçi isə 7 milyon 6 min baş olub. Bir neçə ayda iribuynuzlu heyvanların sayı 23 min, qoyun və keçi sayı isə 163 min baş azalıb.

Bununla paralel ölkəyə ətin idxalı artır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvarında Azərbaycana 8 milyon 542 min ABŞ dolları dəyərində 4 min 410 ton ət gətirilib. Ötən ilin eyni ayı ilə müqayisədə idxal edilən ətin həcmi 63.8, dəyəri isə 75 faiz artıb.

Bunun fonunda ölkədə ət istehsalı azalıb. DSK-nın məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil, diri çəkidə 89.1 min ton ət istehsal olunub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1.5 faiz düşüb.

Bəzi ekspertlər deyir ki, belə vəziyyət davam edərsə, ət yenə bahalaşacaq.

'Kredit versələr, lap 5 ailəni dolandıraram'
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

"Yem bahadır"

Beyləqan rayonunda fəaliyyət göstərən, amma adlarının çəkilməsini istəməyən fermerlər AzadlıqRadiosuna deyib ki, heyvanların azalma səbəbi yemlərin baha olmasıdır: "Yemin-otun qiyməti çox bahadır. Əvvəlkindən 20-30 faiz baha satırlar. Əvvəl bir inəyin yaxşı saxlanmasına ildə təxminən 500 manat xərcləyirdiksə, indi 700 manat bəs eləmir. Örüş yeri da yoxdur. Sərf eləmir deyə, heyvanları satıb sayını azaldırıq".

"Bu da iqlim dəyişikləri ilə bağlıdır"

Kənd Təsərrüfatı Nazirliyindən isə "Turan"a bildirilib ki, heyvanların sayında azalmaya təbii yemlərin azalması faktoru təsir göstərir: "Təbii yemlərin özündə ciddi məhdudlaşmalar var. Bu da iqlim dəyişikləri ilə bağlıdır. Təbii yemlərdə azalma olursa, insanların təsərrüfatında yetişdirdikləri yoncaya tələbat artır, bu da qiymətlərə təsir göstərir".

Vurğulanıb ki, dövlət heyvandarlığı təşviq edir: "Avropadan idxal olunan cins heyvanların dəyərinin 60 faizini dövlət subsidiyalaşdırır. Süni yolla mayalanmış hər buzova görə də fermerlərə 100 manat subsidiya verilir. Eyni zamanda, dövlət süni mayalanmanın texniki infrastrukturunu yaradıb və intensiv təsərrüfatların qurulması üçün güzəştli kreditlər ayrılır".

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

"Hədəfə heç 10 faiz çatmayıblar"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da düşünür ki, örüş sahələrinin əkinə verilməsi, istiləşmə nəticəsində bir sıra örüşlərin ot örtüyündən məhrum olması və ölkədə ot istehsalının azalması heyvandarlığa mənfi təsir göstərib: "Məhsuldarlıq, heyvanların baş sayı azaldı. Təkcə fevralda ölkədə ət istehsalı 1.5 faiz azalıb. Başqa tərəfdən, idxal artır".

Ekspertin sözlərinə görə, artıq ölkədə heyvandarlıq sıradan çıxmaq üzrədir.

"Onsuz da Azərbaycan özünün ətə tələbatının 38-40 faizini daxil istehsal hesabına ödəyirdi, indi bu rəqəm ondan da az olacaq", - o, AzadlıqRadiosuna proqnozunu bölüşür.

V.Məhərrəmovun fikrincə, əkinə verilən örüş ərazilərini indi bərpa etmək mümkün deyil: "Heç olmasa, həmin ərazilərdə indi kütləvi yem istehsalı ilə məşğul olmaq lazımdır ki, ölkədə daha çox yem istehsal olunsun. Ölkədə hələ 2008-ci ildə nəzərdə tutulmuşdu ki, 2 milyon 500 min ton qüvvəli yem istehsal olunsun, amma hələ də bu hədəfin 10 faizinə belə çata bilməyiblər".

XS
SM
MD
LG