Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:50

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları başa çatıb


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın Milan şəhərində Dağlıq Qarabağ münaqişəsinə dair dekabrın 5-də keçirilmiş danışıqları “çox faydalı” adıandırıb.

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Ermənistan xarici işlər naziri əvəzi Zohrab Mnasakanyanla danışıqlar aparıb.

Trend agentliyinin xəbərinə görə cənab Məmmədyarov görüşdən sonra deyib:“Bu, tərəflərin bir birlərinin mövqeyini daha yaxşı başa düşməsi üçün üç saata yaxın davam edən çox vacib və çox faydalı müzakirə idi. Bu formatda danışıqları yaxın gələcəkdə, böyük ehtimalla gələn ay davam etdirmək barədə razılaşma əldə olunub”.

Ermənistan və Azərbaycan xarici işlər nazirləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən 25-ci iclasının əsnasında görüşüblər.

***

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi Twitter hesabından yayılan məlumatda deyilir ki, “ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində Milanda Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danışıqlar aparır. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir”.

Bu da xəbər verilir ki, Məmmədyarov dekabrın 5-də İtaliyanın Milan şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri - Igor Popov,Stephane Visconti və Andrew Schofer-in vasitəçiliyi ilə Ermənistan xarici işlər nazirinin əvəzi Zohrab Mnasakanyanla görüşməli idi.

XS
SM
MD
LG