Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:25

Manata daha bir zərbə xarici ticarətdən gəldi


►Ekspertlərin fikrincə, xarici ticarətdəki mənfi saldo manatın məzənnəsinə mənfi təsir göstərəcək

Hökumət üzvləri və manata cavabdeh qurumlar keçərli bir arqumentdən məhrum olublar.

Onlar milli valyuta məzənnəsinin taleyindən danışarkən, ölkənin müsbət ticarət balansını tutarlı arqument göstərirdilər. Xaricə satılan malların oradan alınanlardan çox olması buna əsas yaradır və manatın dəyər itirməyəcəyinə ümid oyadırdı.

Artıq onların belə arqumenti yoxdur. Bu ilin ilk 3 ayında ixracat 1 milyard 780 milyon dollar, idxalsa 1 milyard 825 milyon dollar olub. Başqa sözlə, 45 milyon dollarlıq mənfi saldo yaranıb. Üstəlik, ölkədən nağd şəklində, köçürmələr və online alış-verişlə də valyuta çıxır. Deməli, valyuta tələbatını tək idxalla ölçmək də tam doğru sayılmazdı.

Manatın məzənnəcə sabit qalmasından ötrü ən vacib göstərici - ölkədə valyuta ehtiyatının çox olmasıdır. Bunun da əsas mənbəyi xarici ticarətdə müsbət saldodur. Bəs indi - xarici ticarətdə idxalın ixracı üstələməsi manata necə təsir göstərəcək?

___________________________________________________________

Bunlara da bax:
Erməni general istefa verir: "Adımın Əliyevlə eyni siyahıda..."
“Neftin qiymətini dirçəltmək” cəhdi baş tutmadı

___________________________________________________________

“Mənfi saldo manatı dəyərdən salacaq”

İqtisadçı ekspert Nicat Hacızadənin fikrincə, mənfi saldo manatın məzənnəsini ucuzlaşdıracaq:

“Sadə düstur var - idxal artarkən, manatın məzənnnəsi zəifləyir, idxal azalandasa güclənir. Mənfi saldonu, yəni daha çox idxalatın olduğunu nəzərə alsaq, manatın məzənnəsi azalacaq».

Ekspert birinci rübdə idxalın artmasının xarici valyutaya tələbin çoxalması və nəticə etibarilə, manatın dəyərdən düşəcəyi anlamına gəldiyini deyir.

“Vəziyyət ... devalvasiyaya yol açan şəraitdən də pisdir”

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə də xarici ticarətdəki mənfi saldo manata mənfi təsiri göstərəcək:

“Vəziyyət ötənilki devalvasiyaya yol açan şəraitdən də pisdir”.

Ekspert düşünür ki, təcili tədbirlər görülməsə, sahibkarlığın inkişafına şərait yaranmasa, neftdənkənar sektor gəlişməsə, manatı acınacaqlı gələcək gözləyir.

Buna da bax: Serj Sarkisian Qarabağa gedib

Serj Sarkisian Qarabağa gedib
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

XS
SM
MD
LG