Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:16

İnquşetiyanın paytaxtı Maqasda yenidən kütləvi etiraz nümayişi keçirilir


İnquşetiya paytaxtında nümayiş.
İnquşetiya paytaxtında nümayiş.

Çeçenistanla İnquşetiya arasında sərhəd mübadiləsi ilə bağlı razılaşma oktyabrın 16-dan qüvvəyə minib.

AzadlıqRadiosunun məlumatına görə, bunu Çeçenistan parlamentinin sədri Magomed Daudov oktyabrın 16-də özünün VKontakte şəbəkəsindəki səhifəsində yazıb.

Parlament sədri bunu tarixi hadisə adlandırıb.

Hazırda İnquşetiyanın paytaxtı Maqasda isə yenidən bu razılaşmaya etiraz olaraq kütləvi aksiya keçirilir.

Aksiyaçılar Rusiya prezidentinin Şimali Qafqaz üzrə səlahiyyətli elçisi Aleksandr Matovniklə görüşmək üçün 8 nəfərlik nümayəndə heyəti yaratdıqlarını deyirlər.

Görüş oktyabrın 16-ı günün sonunda Pyatiqorskda keçirilməlidir.

Ərazi mübadiləsi ilə bağlı müqaviləni sentyabrın 26-da Çeçenistan rəhbəri Ramzan Kadırovla İnquşetiya prezidenti Yunusbek Yevkurov imzalayıblar.

Aksiyaçılar bu mübadilənin ədalətsiz, Çeçenistan və onun rəhbəri Ramzan Kadırovun xeyrinə olduğunu deyirlər.

Onlar Yevkurovun istefasını və razılaşmanın referenduma çıxarılmasını tələb edirlər.

XS
SM
MD
LG