Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:54

Maqsud Mahmudov Azərbaycana gətirilib


Maqsud Mahmudov, 9 avqust 2012
Maqsud Mahmudov, 9 avqust 2012

Keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirilib. Bu barədə sentyabrın 18-də Azərbaycanın Baş Prokurorlugu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumatda yazılıb ki, 2020-ci ilin yanvarın 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyinin beynəlxalq axtarışa verdiyi Maqsud Soltan oğlu Mahmudov bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub:

“Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib”

Hələlik, açıqlamaya Maqsud Mahmudovun özü və yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycanın beynəlxalq axtarışa verdiyi 52 yaşlı Maqsud Mahmudovun Ukraynada, hələ ötən ilin aprelində saxlandığı açıqlanmışdı. Onun 2019-cu ildən Ukraynaya gəldiyi və siğınacaq almaq istədiyi vurğulanırdı. Amma o, həmin vaxt Azərbaycana təhvil verilməmişdi.

M. Mahmudov ictimaiyyətə müxalifətin aksiyalarından tanış idi. O, müxalifətin təşkil etdiyi mitinqlərə gəlib, özünü hakimiyyətin müdafiəçisi kimi təqdim edirdi.

2019-cu ildə isə o, Azərbaycanı tərk etdikdən sonra həmin əməllərinə görə, üzr istəmiş və bunu məcburiyyətdən etdiyini bildirmişdi. M.Mahmudov beynəlxalq axtarışa verildikdən sonra da açıqlama yayaraq bunu əvvəlki hərəkətindən peşman olması və üzr istəməsinə cavab tədbiri kimi dəyərləndirmişdi.

XS
SM
MD
LG