Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 00:34

Paris məhkəməsi ifrat sağçı partiyanın və onun lideri Marin Le Penin işinə baxır


Marin Le Pen məhkəmə binasında
Marin Le Pen məhkəmə binasında

Paris məhkəməsində Marin Le Pen və ifrat sağçı “Milli Birlik” partiyasının Avropa Parlamentinin vəsaitlərini israf etməsi üzrə cinayət işinin dinlənməsinə başlanıb.

İstintaq tərəfi bildirir ki, təşkilat Avropa Parlamentinin vəsaitlərini deputat köməkçilərinin işə götürülməsi üçün istifadə edib və beləliklə də AP vəsaitləri partiyanın özünə xərclənib.

Ümumilikdə bu iş üzrə 27 fiqurant, o cümlədən partiyanın 96 yaşlı lideri Jan-Mari Le Pen və başqa partiya rəhbərləri keçir.

Təhqiqat

2016-cı ilin sonlarnda maliyyə cinayətləri üzrə iki parisli ekspertin təhqiqatı nəticəsində partiyanın Avropa Parlamentindən ayda 21 min avro “oğurlamasına imkan verən sxemin” mövcudluğuna dair şübhlər yaranıb. Bu pullar hər bir Avropa deputatına Avropa Şurası tərəfindən onların köməkçilərinin maaşları olaraq ödənib.

İttiham tərəfinin iddiasına görə sözü gedən “sxemdən” məqsəd partiya üzvlərinə verilən maaşlardan qənaət edilməsi olub, belə ki, həmin vaxt partiyanın böyük borcları var idi.

Müstəntiqlər israr edirlər ki, partiya çətin iqtisadi durumda sözü gedən “oğruluğu” sistem şəklinə salıb.

Daim ikinci

Avropa Parlamenti bununla bağlı mülki qaydada 7 milyon avroluq ziyan barədə məhkəmə vəsatəti qaldırıb.

Xəbər verilir ki, dinləmələr noyabrın 27-dək davam edəcək və hökm gələn il çıxarılacaq.

Müttəhimləri 10 ilədək həbsxanası cəzası və bir milyon avroyadək cərimələr, habelə 5 il müddətinə vətəndaş hüquqlarından məhrumetmə cəzası gözləyə bilər.

Beləliklə də, əgər Marin Le Pen bu iş üzrə təqsirli bilinərsə, 2027-ci ilin prezident seçkisində namizəd ola bilməyəcək.

Marin Le Pen 2011-2021-ci illərdə “Milli Birlik” partiyasının lideri olub. O Fransa prezidentliyinə üç dəfə namizədliyini verib. 2022 və 2017-ci illərdə Le Pen seçkinin ikinci turunda məğlub olub.

Marin Le Pen 2022-ci ilin prezident seçkisində də iştirak edib. Bu dəfə də ikinci turda ikinci ola bilib.

XS
SM
MD
LG