Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:00

Mariupol: Evakuasiya davam edir, ‘Azov’ batalyonu təslim olmur


Mariupoldan evakuasiya
Mariupoldan evakuasiya

BMT və Qırmızı Xaç ötən həftə bu ərazidən 500-dək mülkini çıxara biliblər

Moskvanın Mariupolda mühasirədə olan Azovstaldakı dinc sakinlərin təxliyəsinə imkan yaradılacağına dair vədlərinə baxmayaraq Rusiya qüvvələri mayın 5-də d’ zavodun bombardmanını davam etdirib.

Reuters agentliyi yazır ki, bununla belə dinc sakinlərin bir qismini təxliyə etmək mümkün olub.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Azovstal zavodunda hələ də 200-dək dinc sakin qalır.

Rusiya prezidenti Vladimir Putinin aprelin 21-də Mariupolda qələbə qazanıldığını elan etməsinə baxmayaraq Azovstaldakı Ukrayna qüvvələri müqaviməti davam etdirir.

BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasına deyib ki, Mariupol və Azovstaldan mülkilərin evakuasiyasının üçüncü əməliyyatı davam etməkdədir.

Onun sözlərinə görə BMT və Qırmızı Xaç ötən həftə bu ərazidən 500-dək mülkini çıxara biliblər.

Prezident Zelenski də evakuasiyanın davam etdiyini və adamların artıq təhlükəsiz ərazilərə çıxarılmaqda olduqlarını təsdiq edib.

AzadlıqRadiosunun Rus xidməti Azovstaldakı Ukrayna hərbçilərinə istinadən yazır ki, hazırda Rusiya qüvvələrinə təslim olmaq məsələsi müzakirə olunmur.

Ukrayna silahlı qüvvələrinin “Azov” batalyonu yeni video dərc edib.

Mayın 5-də gün ərzində Rusiya qüvvələrinin Azovstal ərazisindən geri oturdulduğuna dair xəbərlər gəlib.

Lakin “Azov” batalyonunun komandiri Svyatoslav Palamar bu xəbərləri təsdiq etməyib.

XS
SM
MD
LG