Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 08:42

Gürcüstanda marixuana leqallaşdırılmayıb...


Gürcüstan - marixuana çəkməyin dekriminallaşdırılmasına çalışan fəallar,Tbilisi, 2013
Gürcüstan - marixuana çəkməyin dekriminallaşdırılmasına çalışan fəallar,Tbilisi, 2013

Gürcüstanda Konstitusiya Məhkəməsinın marixuanadan istifadənin dekriminallaşdırılması ilə bağlı qərarından sonra bu mövzuda debat daha da qızışıb.

Cəmiyyətin bir kəsimi bundan sonra Gürcüstanda rahat şəkildə marixuana çəkməyin mümkünlüyünü düşünərək eyforiyaya qapılıb.

Eyni zamanda cəmiyyətin başqa kəsimi narkotiklərlə bağlı siyasətin yumşaldılmasından narahatdır.

Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya deyib ki, eyforiyaya əsas yoxdur. Marixuana çəkmək qanuniləşdirilməyib. Sadəcə, buna görə cinayət məsuliyyəti ləğv edilib. Marixuana çəkən adamlar tutulsalar, 500 lari (təxminən 285 dollar) cərimə ödəməli olacaqlar. Başqa sözlə status-kvo dəyişib, amma tam yox. O, bütün növ narkotiklərdən istifadənin dekriminallaşdırılmasına çağıranlara da cavab verib:

"Bizim qanunvericiliyimiz repressiv ola bilməz. Eyni zamanda onu da demək istəyirəm ki, ağır narkotiklərə yanaşma tamam başqa cür olmalıdır. Əminəm ki, cəmiyyətin də bununla bağlı gözləntiləri bizim mövqeyimizlə üst-üstə düşür. Ağır narkotiklər bizim ölkəmiz üçün böyük problemdir və buna qarşı lazımi ölçü götürülməlidir".

Buna da bax: 'Hollandiyadan Bakıya poçtla narkotik toxumu gəlirdi'

XS
SM
MD
LG