Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:00

'Maşallah Əhmədovu çarpayının altından çıxartdım'


Maşallah Əhmədov
Maşallah Əhmədov

«Pulumu almaq üçün Maşallahgilə getdim. Yalandan dedilər ki, evdə yoxdur. İçəri girib çarpayının altından çıxartdım».

Bunu Sərxan Hüseynov noyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində veteran futbolçu Maşallah Əhmədov haqqında deyib. O, «Neftçi»nin keçmiş futbolçusunun məhkəməsində şahid kimi dindirilib.

«HAZIRDA MƏNƏ 3 MİN MANAT BORCU VAR»

Sərxan Hüseynovdan əvvəl atası Salyan Hüseynov məhkəmədə ifadə verib. Deyib ki, Maşallah Əhmədovu 20 il ildir ki, tanıyır. Oğlunun banka borcu olub, futbolçunun yanına gedib ondan kömək istəyib: "Mənə dedi ki, məsələni həll eləyəcək. Banka gedib 12 min dollar kredit götürdük. Maşallah dedi ki, pul onda qalsın, özü yoluna qoyacaq. Oğlum Sərxan da onun yanında qaldı. Sonra Maşallahdan xəbər çıxmadı. Bankdan zəng gəldi ki, krediti ödəmək lazımdır. Maşallah məni aldatdı. Oğlumu kreditə görə həbs elədilər».

Şahidin sözlərinə görə, Maşallah Əhmədov uzun mübahisələrdən sonra ona əvvəlcə 4800 manat, ikinci dəfə 1500 manat qaytarıb: «Maşallah daş satıb pulun bir hissəsini versə də, hazırda mənə 3 min manat borcu var».

Maşallah Əhmədov isə şahidin yalan danışdığını deyib: «Mən onun pulunu ödəmişəm. Daşları da onlar satdı».

«MƏNƏ DƏ 200 MANAT VERDİLƏR»

Məhkəmədə dindirilən başqa bir şahid Tariyel Məmmədov ifadəsində futbolçu ilə gördükləri iş haqda danışıb: «Maşallah, Yusif müəllim, Fəqan və daha bir nəfər sexə gəldilər. Daşlar sexdə yığılmışdı. Fəqan bir maşın daşı apardı. Maşallah da daşları aparanda, Yusif müəllimə xəbər elədim. O da dedi ki, bundan xəbərim var. Onlar daşları aparanda, Yusif müəllim orada yox idi. Mənə də 200 manat pul verdilər».

Maşallah Əhmədovun işi üzrə məhkəmənin növbəti iclası noyabrın 15-nə təyin edilib.

Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilən M.Əhmədov 2015-ci il dekabrın 14-də saxlanılıb və Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində ilkin istintaq müddəti üçün üç aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan məhkəmə qətimkan tədbirini dəyişib və həbs ev dustaqlığı ilə əvəzlənib.
Zərərçəkmişlər futbolçunu işə düzəltmək, şərikli biznes qurmaq və s. adlarla pul alıb aldatmaqda günahlandırır.

M.Əhmədov isə ittihamları qəbul etmir, deyilənlərin yalan olduğunu bildirir.

XS
SM
MD
LG