Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:38

Kimin jurnalist olmasını dövlət müəyyən edərsə…


Saleh Rüstəmlinin qohumları aclıq aksiyasına başladı
Gözlə

No media source currently available

0:00 0:14:45 0:00

Saleh Rüstəmlinin qohumları aclıq aksiyasına başladı

Ekspert: Yeni qanun medianı məhdudlaşdırmağı hədəf götürüb və xaricdən yayımlanan tənqidi televiziya proqramlarının bloklanması riskini artırır

Media haqqında yeni qanun layihəsi təsdiqlənərsə, Azərbaycana xaricdən yayımlanan internet televiziyaların yayımını məhdudlaşdıra bilərmi?

Media üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, yeni qanun belə bir məhdudlaşdırma üçün daha çox imkan yaradır.

Beləki, sənədin 30-cu maddəsində deyilir ki, Platforma yayımçısı lisenziya əsasında fəaliyyət göstərir. Layihə müəllifləri platforma yayımçısı kimi audiovizual proqramların məzmununa görə cavabdehlik daşıyan və həmin proqramları internetdə müxtəlif platfomalarda yayan fiziki və ya hüquqi şəxsləri nəzərdə tuturlar.

Ələsgər Məmmədli hesab edir ki, lisenziya tələbi məhdudlaşdırmadır.

“Qanun çox açıq şəkildə platforma yayımçısının lizensiya almalı olduğunu deyir. Yəni, Azərbaycan dilində və Azərbaycan auditoriyası üçün yayılmaq istəyirsinizsə, lisenziya almalısız. İkincisi, təsisçi ilə bağlı şərt qoyur - təsisçi Azərbaycanda daimi yaşamış olmalıdır. Bu o deməkdir ki, Azərbaycan vətəndaşı olub, Azərbaycanda yaşamayanlar da bununla məşğul ola bilməz. Bu qanuna əməl olunmazsa, nə baş verəcək? Bu qanunda çox aydın görünmür, amma hansı tədbir görülə bilər? Əgər onlar lisenziya almayıbsa, demək ki, bu ölkəyə yayıla bilməz, demək ki, onların domenləri bloklanmış olacaq. Beləliklə də, Azərbaycan auditoriyası normal qaydada onları izləyə bilməyəcək”.

Ələsgər Məmmədlinin bu şərhi ilə bağlı rəsmilərin fikirlərini öyrənmək mümkün olmayıb. Amma layihəni müdafiə edən Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli hesab edir ki, qanundan birbaşa belə bir nəticə çıxmır ki, internet televiziyaların fəaliyyəti məhdudlaşacaq:

“Məhdudlaşdırıcı hər hansı bir bənd gözlə görünmür. Bu sahədə danışılanlar sadəcə ehtimallardır. Ola bilsin ki, kiminsə ehtimalında əsaslandırılmış bir nüans olsun, ola bilsin ki, olmasın. Gözləyirəm ki, məhdudlaşdırıcı olduğunu deyənlər ortaya arqument qoysunlar, fikirlərini əsaslandıra bilsinlər. Təəssüf ki, bu sahədə səslənən fikirlər ehtimal formasındadır”.

“Məhdudlaşdırma riski həmişə olub”

İnternetdə yayımlanan Biz platforması televiziyasının rəhbəri, iqtisadiyyat professor Qubad İbadoğlu da hesab edir ki, yeni qanun medianı məhdudlaşdırmağı hədəf götürüb və xaricdən yayımlanan tənqidi televiziya proqramlarının bloklanması riskini artırır. Bununla belə o əlavə edir ki, həmin risk bu televiziyalar üçün həmişə var.

Azərbaycanda 2014-cü ilin sonunda bəzi xarici yayımçıların yayımı məhdudlaşdırılıb, AzadlıqRadiosu, Meydan TV kimi saytlar bloklanıb.

Tənqidçilər yerli televiziyaların hakimiyyətin təsirində olduğunu, tənqidi materiallar vermədiyini, əsas tənqidi fikirlərin xaricdən yayımlanan verilişlərdə yer aldığını deyirlər.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, yeni media qanununda məhdudlaşdırıcı başqa bir məqam jurnalistlərin vahid reyestrə alınmasıdır:

“Kimin jurnalist olduğuna dövlətin qərar verməsi jurnalistikaya ciddi müdaxilədir”.

“Media haqqında” qanun layihəsi hələ ki, Milli Məclisin komitələrində müzakirə olunur. Layihənin parlamentin ümumi iclasında nə nə zaman müzakirə ediləcəyi hələlik bəlli deyil.

Bu qanunun hazırlanması prezident İlham Əliyevin sərəncamında yer alıb. Beləki, İlham Əliyev, 2021-ci il 12 yanvar tarixli sərəncamı ilə media islahatlarının dərinləşdirilməsi barədə qanunun hazırlanması barədə Prezident Administrasiyasına göstəriş verib.

XS
SM
MD
LG