Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:38

Sözün cinayət sayıldığı yerdə söz azadlığı necə olur? (Video)


Yeni media qanununun təsirləri - daha çox jurnalist prokurorluğa çağırılır
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Yeni media qanununun təsirləri - daha çox jurnalist prokurorluğa çağırılır

Yeni media qanunu Cinayət Məcəlləsində sözə görə cinayət məsuliyyətini daha da möhkəmləndirib

Bu ilin əvvəlində Azərbaycanda qəbul edilən yeni media qanunu bu sahədə ölkədə duruma necə təsir edib?

Media üzrə hüquqşünas Ələsgər Məmmədli deyir ki, fevralda qüvvəyə minən qanunun məhdudlaşdırıcı xüsusiyyətləri artıq tətbiq olunmağa başlayıb. Belə ki, son aylar jurnalistlərin və media rəhbərləri daha tez-tez prokurorluğa çağırılır.

O deyir ki, prokurorluq həm bu qanuna, həm də informasiya haqqında qanunda qadağan olunmuş informasiyalar siyahısına istinad edir:

“Redaktorlardan, jurnalistlərdən tələb olunur ki, informasiyanı saytlardan silsinlər. Hətta bəzi işlər məhkəməyə göndərilir”.

Ələsgər Məmmədli deyir ki, yeni qanundan sonra həm də defamasiya ittihamlarının və məhkəmə işlərinin də sayı artıb, belə ki, yeni qanun Cinayət Məcəlləsində sözə görə cinayət məsuliyyətini daha da möhkəmləndirib.

Hakimiyyət bu qanunu dəyişərmi?

Bu media qanununu prezident İlham Əliyev fevralın 8-də təsdiqləyib.

Həmin ərəfədə qanun yerli və beynəlxalq tənqidlərə məruz qalmışdı. Avropa Şurasının insan haqları komissarı Dunya Myatoviç yanvarın 25-də prezident İlham Əliyevə yazdığı məktubundan bildirirdi ki, yeni media qanunu dəyişdirilməlidir, çünki insan haqları ilə bağlı ciddi suallar yaradır.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, Avropa Şurasının qanunların analizi ilə məşğul olan Venesiya Komissiyası bu qanunu ekspertizadan keçirib. O ümid edir ki, qanunla bağlı dəyişikliklər baş verə bilər:

“Məncə, qanun yenidən işləniləcək. Mən belə görürəm. Qərblə hakimiyyətin münasibətlərində istilik yaranır son vaxtlar. Ukrayna hadisələri çərçivəsində biz belə bir tendensiya görürük. Qərbin demokratiya, insan haqları, söz azadlığı ilə bağlı mövqeyi daha da aktivləşib. Mən hesab etmirəm ki, Azərbaycan hakimiyyəti bu mövqeyi görməzliyə salacaq”.

“Qanunun sərtliyi hələ avqustdan sonra bilinəcək”

Amma bütün tənqidlərə rəğmən hakimiyyət rəsmiləri qanunu mütərəqqi hesab edirlər.

Qanunun müəllifi Media İnkişaf Agentliyi yerli mətbuata açıqlamasında bildirib ki, bu sənəd ölkədə informasiya mühitinin sağlamlaşmasına, milli informasiya resurslarının güclənməsinə xidmət edəcək.

Amma hüquqşünas Ələsgər Məmmədli diqqəti başqa bir məqama çəkir. O deyir ki, qanunun sərt üzünü informasiya istifadəçiləri hələ avqustundan sonra görəcəklər, çünki həmin yeni qanunun jurnalistlərin akreditasiyası/lisenziyası ilə bağlı müddəaları o zamandan icra ediləcək, yəni o dövrdən sonra hökumət qərar verəcək ki, kimlər jurnalist ola bilər:

“Prezident göstəriş verib ki, media reyestri hazırlansın”.

Sizcə, Azərbaycanda media nə qədər azaddır?
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Azərbaycanda media azadlığının durumu əksər beynəlxalq qurumların hesablarında da daimi tənqid hədəflərindən biridir.

Məsələn, Sərhədsiz Reportyor təşkilatının bu gün, mayın 3-də açıqladığı dünyada media azadlığı indeksinə görə, Azərbaycan 180 ölkə arasında 154-cü yerdədir.

Azərbaycanın yaxın qonşularından Gürcüstan bu siyahıda 89-cu, Ermənistan isə daha da yaxşı - 51-ci yerdədir.

XS
SM
MD
LG