Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:16

Radikal islamçı qrup Şotlandiyada ada almaq üçün 3 milyon funt sterlinq yığır 


Azərbaycanın Londondakı səfirliyi 2022-ci ildə hücuma məruz qalıb
Azərbaycanın Londondakı səfirliyi 2022-ci ildə hücuma məruz qalıb

Radikal islamçı qrup Şotlandiyada bütöv bir adanı almaq üçün azı 3 milyon funt sterlinq yığıb. Məqsəd şəriət qanunlarının tətbiq olunduğu qapalı icma yaratmaqdır. Bu barədə bazar günü-- iyulun 28-də “Daily Mail” qəzeti yazıb.

Qəzetin yazdığına görə, Londonda yaşayan, nifrət yaymaqda ittiham olunan Şeyx Yasir əl-Həbib və ardıcılları Argildəki Torsa adasını almaq üçün “danışıqlarda xeyli irəliləyiblər”.

Təxminən 109 hektar ərazidə yerləşən Torsa adası Savills şirkəti tərəfindən azı 1.5 milyon funt sterlinqə satışa çıxarılıb.

Sözügedən radikal qruplaşma Mehdinin Xidmətçiləri İttifaqıdır, təsisçisi Əl-Həbibdir. Bu birlik hərbi təlim düşərgələri və Saus Bukinqhemşirdə Fulmer kəndindən Fadak Şiə İslam TV-ni idarə edir.

Azərbaycanın Londondakı səfirliyinə də hücum olmuşdu

İndiyədək bu qruplaşma dini əsaslarla çoxsaylı xarici səfirliklərə hücum edib. 2022-ci ilin avqustunda Azərbaycanın Londondakı səfirliyi, üç ay öncə isə Səudiyyə Ərəbistanının səfirliyi belə hücumlara məruz qalıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi həmin hücumun “radikal dini qrup üzvləri” tərəfindən gerçəkləşdirildiyini bildirib. Britaniyanın Azərbaycandakı səfirliyi isə “etirazçıların hərəkətlərini pisləyib”.

Fadak TV müxtəlif vaxtlarda cinayətkarlıq və itaətsizliyi qızışdırmağa görə araşdırmalara məruz qalıb.

Əl-Həbib iyirmi il öncə Böyük Britaniyada sığınacaq alıb. O, öz ölkəsi Küveytdə dini baxışlarına görə həbslə üzləşmişdi.

“The Daily Mail” yazıb ki, əl-Həbib Torsanı almaqda kömək üçün ianələr istədiyi videoda deyir ki, Britaniya hökuməti ilə danışıqlar aparacaq, “bütün dünyadan” müsəlmanların yeni “vətəndə” yaşamasına icazə verməsini istəyəcək.

Qəzetin yazdığına görə, rəsmi tənzimləyici orqanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, əl-Həbib öz mühazirələrini yaymaqda davam edir, bununla da həm Britaniyada, həm də xaricdə sünni məzhəbindən olanlara qarşı nifrət və zorakılığı qızışdırır.

Torsa adasının eni təxminən 800 metr, uzunluğu 2 km-dir. Savills bildirir ki, ərazidə üç yataq otağı olan mülk tətil məkanı kimi istifadə olunur.

XS
SM
MD
LG