Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 14:37

Məhkəmədə Bəylər Əyyubovun adı hallandı


Keçmiş MTN-in yerləşdiyi bina
Keçmiş MTN-in yerləşdiyi bina

►“MTN-də mənə işgəncə verənlər bura çağrılıb dindirilməlidir​."

Qaraçuxur qəsəbəsindəki "Cümə" məscidində baş vermiş yanğını törətməkdə təqsirləndirilən iki nəfərin məhkəməsi yekunlaşmaq üzrədir.

Artıq məhkəmə istintaqı yekunlaşıb, prokuror da çıxış edib, təqsirləndirilən şəxslərdən Namiq Nəsibova 17, Elnur Ələkbərova isə 15 il həbs cəzası verilməsini istəyib.

Fevralın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Elnur Ələkbərovun vəkili müdafiə etdiyi şəxsin günahsız olduğunu vurğulayaraq, ona bəraət verilməsini xahiş edib.

Namiq Nəsibovun vəkili isə müdafiə etdiyi şəxsin psixi problemləri olduğunu məhkəmənin diqqətinə çatdırıb. Müdafiəçi qeyd edib ki, onun məcburi müalicəyə ehtiyacı var. Məhkəmə də bu barədə qərar qəbul edib, onu müalicəyə göndərməlidir.

““AĞSAQQAL” TAPŞIRIB”

Məhkəmə prosesinə sədrlik edən hakim Rauf Əliyev bundan sonra təqsirləndirilən şəxslərə son söz deməyi təklif edib. Namiq Nəsibov bildirib ki, dərmanlarını qəbul etmədiyinə görə vəziyyəti yaxşı deyil, bu vəziyyətdə son söz deyə bilməyəcək. Ona görə də məhkəmədən çıxış üçün vaxt istəyib.

Digər təqsirləndirilən Elnur Ələkbərov isə məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldırıb. O bildirib ki, məhkəmənin obyektiv və ədalətli qərar qəbul etməsi üçün MTN-də ona işgəncə vermiş şəxslər mütləq çağrılıb dindirilməlidir. Elnur Ələkbərov ona işgəncə verən şəxslər arasında MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş, ötən il dekabrın 20-də Kürdəxanıdakı istintaq təcridxanasında intihar edən İlqar Əliyevin də adını çəkib:

"Məhkəmənin doğru qərar qəbul etməsi üçün MTN-də mənə işgəncə verənlər bura çağrılıb dindirilməlidir. Elə şeylər var ki, burada deyə bilmirik. Mənə verilən işgəncələr haqda Beynəlxalq Qırmızı Xaç Komitəsi də məlumatlandırılıb. MTN-də Antiterror Mərkəzinin rəis müavini, polkovnik-leytenant İlqar Əliyev, Adil Həsənov mənə işgəncələr verib. Sonradan susmağım üçün məni aldatdılar. Mənə deyirdilər ki, "ağsaqqal" tapşırıb, narahat olma". "Ağsaqqal" da Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubova deyirdilər. Dediklərinə görə, mənə bəraət veriləcəkdi, Namiqə də az iş kəsiləcəkdi. Biz də ona görə danışmırdıq. Amma indi gəlib görürük ki, bizi aldadıblarmış. Heç olmasa, indi danışmağımıza imkan verin..."

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

HAKİM FİKRİNİ TAMAMLAMAĞA İMKAN VERMƏDİ

Lakin hakim Elnur Ələkbərovun sözünü kəsərək, fikrini tamamlamağa imkan verməyib.

Məhkəmə istintaqının təzələnməsi barədə vəsatətinə gəlincə, Rauf Əliyevin sədrlik etdiyi hakimlər heyəti yerində müşavirə edərək, onun təmin olunmamasına qərar verib.

Bundan sonra Elnur Ələkbərov da son sözünü demək üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi fevralın 22-də təqsirləndirilən şəxslərin son sözü ilə davam edəcək.

Xatırladaq ki, "Cümə" məscidində yanğın 2014-cü il noyabrın 26-da baş verib. Namiq Nəsibov və Elnur Ələkbərova qarşı Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) və 228-ci (qanunsuz olaraq odlu silah-sursat saxlama) maddələrilə ittiham irəli sürülüb. Onlar yandırıcı maye ilə dolu şüşələri atmaqla məsciddə yanğın törətməkdə ittiham olunur. Cinayət işinin materiallarında onlar həm də PKK-çı kimi təqdim edilib. Qeyd olunub ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriyada PKK-nın nəzarətində olan ərazilərə gedərək, oradakı döyüşlərdə iştirak edib.

Elnur Ələkbərovun anası Sevda Ələkbərova isə AzadlıqRadiosuna açıqlamasında oğlunun günahsız olduğunu, MTN-də işgəncələrə məruz qaldığını bildirib:

"Oğlumu MTN-də "presləyiblər". Əllərinə, ayaqlarının altına, belinə "dubinka" ilə o qədər vurublar ki, 25 gün həkim nəzarətində qalıb. 25 gündən sonra izahat vermək üçün müstəntiqin yanına əl ağacı ilə aparıblar..."

Sevda Ələkbərovanın sözlərinə görə, işi aparan müstəntiq ona da heç yerə şikayət etməyəcəyi halda, oğlunun həbsdən buraxılacağını deyib.

Buna da bax: Bakının bir-bir yoxa çıxan kinoteatrları

XS
SM
MD
LG