Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:34

Hikmət Hacızadə: 'Sanksiyalardan qorxdular' [şərhlər]


Hikmət Hacızadə
Hikmət Hacızadə

Rasim Musabəyov: “Cənab prezidentin həm Mehman Əliyevin, həm də bizim müraciəti cavabsız qoymamasını alqışlayıram”.

“Əlbəttə ki, Mehman Əliyevi beynəlxalq təzyiqin nəticəsində sərbəst buraxdılar. Sanksiyalardan qorxdular. Sonra dünyada böyük hay-haray qalxdı, dünya demokratları etirazlarını bildirdilər. Mehman bəy tanınmış sımadır. O, bütün dünya demokratiyası üçün dəyərli insandır”, – politoloq Hikmət Hacızadə “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin sentyabrın 11-də məhkəmə qərarı ilə dəyişdirilərək onun sərbəst buraxılmasından danışarkən belə deyir.

Buna da bax: Mehman Əliyev azadlıqda [video]

Politoloq bloqqer Alexander Lapshin-in əfv edilməsinə də qısaca münasibət bildirib. Onun sözlərinə görə, bloqqerin sərbəst buraxılacağı əvvəldən bəlliydi: “Lapshin-lə bağlı elə əvvəldən planlaşdırılmışdı ki, “tutaq bir az incidək, sonra buraxarıq”. Məzələnirdilər”.

Hikmət Hacızadə: “Lapshin-lə bağlı elə əvvəldən planlaşdırılmışdı ki, “tutaq bir az incidək, sonra buraxarıq”. Məzələnirdilər”.
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00
Direct-ə keçid

Buna da bax: Bloqqer Lapshin azadlıqda [yenilənir]

Rasim Musabəyov: “Kim nə güman edir özü bilər”

Deputat Rasim Musabəyov Mehman Əliyevin sərbəst buraxılmasında “beynəlxalq təzyiqlərin əhəmiyyəti olmadığını” söyləyir: “Kim nə güman edir özü bilər”.

Rasim Musabəyov
Rasim Musabəyov

Deputat hesab edir ki, bu məsələdə prezidentə müraciət öz təsirini göstərib: “Cənab prezident onun həm şəxsi müraciətini, həm də bir qrup ziyalının müraciətini – onu imzalayanlardan biri də məniydim – nəzərə aldı. Biz demişdik ki, vergidən yayınma ilə bağlı istintaq getsə də, həbs qətimkan tədbirini dəyişmək olar. Mən alqışlayıram ki, cənab prezident həm Mehman Əliyevin, həm də bizim müraciəti cavabsız qoymayıb”.

Rasim Musabəyov: “Cənab prezidentin həm Mehman Əliyevin, həm də bizim müraciəti cavabsız qoymamasını alqışlayıram”.
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00
Direct-ə keçid

Ələsgər Məmmədli: “Azərbaycan cəmiyyəti Mehman Əliyevin həbsini qəbul etmədi”

Media üzrə hüquqşünas Ələsgər Məmmədli isə Mehman Əliyevin həbs edilməsi faktını “anormallıq” sayır və onun azadlığa çıxmasını “müsbət hadisə” kimi dəyərləndirir.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

O “Turan”ın direktorunun sərbəst buraxılmasında son günlər gedən bütün proseslərin “müəyyən təsiri” olduğu qənaətindədir:

“O cümlədən son günlər beynəlxalq ictimaiyyət Azərbaycanın üzərinə gəlir və hakimiyyətin yanlışları, necə deyim, özünə geri qayıdır, imici baxımından ciddi problem yaradır. İkincisi, ABŞ-da sanksiyalarla bağlı qanun layihəsi də artıq gündəmə gəlmişdi. (Ötən həftə ABŞ senatoru Richard Durbin Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə düzəliş təqdim edib. O, bu həbsdə rol oynamış bütün Azərbaycan rəsmilərinin Birləşmiş Ştatlara girişinin qadağan olunmasını istəyib. – red.). Bu da bəlli çevrələri narahat edirdi. Üçüncüsü, Azərbaycan cəmiyyəti Mehman Əliyevin həbsini qəbul etmədi, istər ziyalılar olsun, istər media olsun, hətta mətbuat səviyyəsində onun həbsinə mənfi yanaşıldı, azad edilməsi istənildi. Bunların hamısının üst-üstə götürəndə təsiri var. Amma böyük təsir Mehman Əliyevin birbaşa prezidentə müraciət etməsidir, bu amil böyük rol oynayıb”.

Ələsgər Məmmədli: “Azərbaycan cəmiyyəti Mehman Əliyevin həbsini qəbul etmədi”
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00
Direct-ə keçid

Sırada kimlərdir?

Həbsdə saxlanılan digər siyasi fəalların, jurnalistlərin və ya bloqqerlərin də əfvi gözlənilə bilərmi? Məsələ bundadır ki, sentyabrın 11-də məhkəmənin qərarı ilə Nardaran hadisələri zamanı saxlanılan 14 nəfərin də azadlığa buraxıldığı deyilir. Düzdür, xəbəri yayan “APA” informasiya agentliyi buraxılanların adlarını yazmayıb.


Buna da bax: Əli Həsənov: ‘Prezident Mehman Əliyevlə bağlı aidiyyətı orqanlara tapşırıq verib’

Politoloq Hikmət Hacızadənin qənaətincə, siyasi fəalların buraxılıb-buraxılmaması yenə də beynəlxalq təzyiqin gücündən asılı olacaq. “Təzyiq davam etsə, kimlərisə azad edəcəklər. Tək Mehman Əliyevə görə hay-haray olsa, başqalarını veclərinə də almayacaqlar. Amma təzyiqlər davam etsə, ABŞ Konqresi, Senatı, Avropa Parlamenti və başqaları etiraz etsələr kimlərisə buraxacaqlar”, - politoloq güman edir.

Hikmət Hacızadə
Hikmət Hacızadə

Hüquqşünas Ələsgər Məmmədli də optimist proqnoz verə bilməyəcəyini söyləyir və səbəbini də “indiyə qədər gedən proseslərdə adətən bir addım irəli, iki adım geri atılması” ilə izah edir:

“Amma bu da reallıqdır ki, bloqqer Lapshinin intihara təşəbbüs etməsi və bundan dərhal sonra əfv edilməsi ilə bağlı sərəncamın imzalanması, eləcə də başqa bir informasiyanın dolaşması – Nardaran hadisələrinə görə tutulan 14 nəfərin vaxtından əvvəl sərbəst buraxılması (mən bunun təsdiqlənmiş versiyasını görməmişəm, hansı əsasla, kim, niyə buraxılıb bilmirəm) son günlər Azərbaycana qarşı gərginləşən münasibəti yumşaltma cəhdidir. Təəssüf ki, indiyə qədər gedən proseslər bunun ardıcıl olduğunu düşünməyə əsas vermir, xüsusən də Avropa İnsan Haqlar məhkəməsinin qərarı varkən hələ də həbsdə saxlanılan İlqar Məmmədovun nümunəsi var, ondan başqa çox sayda siyasi məhbus, 10-dan artıq jurnalist, bloqqer həbsdədir”.

Buna da bax: Mehman Əliyev azadlıqda [yenilənir] [video]

Hüquqşünasa görə, Azərbaycan hakimiyyətini, adətən, beynəlxalq imicindən çox, özünün apardığı siyasətindən dönmədiyini göstərmək daha çox maraqlandırır.

XS
SM
MD
LG