Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:22

Mehman Hüseynov: 'Nə göstəriş verilibsə, o olacaq'


Mehman Hüseynov
Mehman Hüseynov

Bloqqer Mehman Hüseynova 2 il həbs cəzası verildi. Martın 3-də Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimov bu barədə hökm çıxarıb. Bloqqer Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb.

Polis rəisi iddia edir ki, yanvarın 9-da Mehman Hüseynov inzibati qaydada həbs olunub, 200 manat cərimələndikdən sonra Nəsimi Rayon Məhkəməsinin qarşısında müsahibə verərkən işgəncəyə məruz qaldığını deməklə onun tabeliyində olan əməkdaşlara böhtan atıb.

Polis rəisinin nümayəndəsi Əlirza Əbilov məhkəmədə çıxışında deyib ki, Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən oğurlandığını, başına torba keçirildiyini, idarədə döyüldüyünü deməklə həm də polis rəisinin tabe olduğu nazir, dövlət başçısı qarşısında nüfuzunu sarsıdıb.

Əlirza Əbilov çıxışının sonunda deyib ki, Musa Musayev Mehman Hüseynovun 3 il azadlıqdan məhrum edilməsini istəyir.

Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

«SANKİ BU RAYONUN ALLAHIDIR»

Mehman Hüseynov isə çıxışında yanvarın 9-da saxlanılarkən və ondan sonra polis idarəsində işgəncələrə məruz qaldığını bir daha təsdiqləyib: «Mən orada başıma açılan oyunların 10 faizini danışmışam. Orada mənimlə elə davrandılar, elə bil ermənilər azərbaycanlı əsir əsgərlə davranır. Əlirza Əbilov Musa Musayevi elə təqdim elədi, sanki Nəsimi rayonunun polis rəisi yox, bu rayonun Allahıdır. O idarədə adamlarla heyvan kimi rəftar olunur. Şəxsən mənə qarşı belə davranıblar. Mən heç kimə böhtan atmıram, əksinə, mənə böhtan atırlar. Onu da bilirəm ki, bu iddia mənim fəaliyyətimlə bağlıdır. Onu da deyim ki, məni heç nə fəaliyyətimdən çəkindirə bilməz. Yəni, ittihamla razı deyiləm, amma qorxmuram da. Çıxarılan qərar da vecimə deyil. Gördülər ki, onları ifşa eləyirəm, məni bu cür cəzalandırırlar».

Mehman Hüseynovun vəkili Elçin Sadıqov bloqqer saxlanılarkən ona qarşı zorakılığın şahidi olmuş dörd nəfərin dindirilməsi, həmçinin xüsusi ittihamçı Musa Musayevin özünün məhkəmədə iştirakı barədə vəsatətlər qaldırsa da, təmin olunmayıb.

Vəkil həmçinin, Musa Musayev gəlmədən məhkəmə istintaqının tamamlanmasına etiraz edib. Buna baxmayaraq, hakim məhkəmə istintaqının tamamlanmasına qərar verib. Çıxışlar mərhələsi başlayıb.

Mehman Hüseynov 2 il müddətinə həbs edildi - Vəkil danışır
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00

«CİNAYƏT TÖRƏTMƏMİŞƏM»

Elçin Sadıqov çıxışa hazırlaşmaq üçün bir həftə vaxt istəyib, amma hakim cəmi yarım saat vaxt verib. Cəmi on dəqiqədən sonra geri qayıdıb, prosesi davam etdirib.

Çıxış etmək məcburiyyətində qalan Elçin Sadıqov bəraət hökmü çıxarılmasını istəyib.

Mehman Hüseynov son sözündə istənilən qərara hazır olduğunu deyib: «Yuxarıdan nə göstəriş verilibsə, o da olacaq. Mən cinayət törətməmişəm. Məhkəmə də normal keçirilmədi. Bu da sifarişi göstərir. Bu, birbaşa söz azadlığını boğmağa yönəlib».

İki dəqiqəlik müşavirədən sonra hakim hökmü elan edib.

XS
SM
MD
LG