Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:56

Mehriban Əliyeva - dövlət, yoxsa klan?


Mehriban Əliyeva nələri dəyişə bildi?
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Mehriban Əliyeva nələri dəyişə bildi?

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva artıq iki ildir ki, birinci vise-prezidentdir. Onu bu posta 2017-ci ildə həyat yoldaşı, prezident İlham Əliyev təyin edib. Bəs, ötən iki ildə Mehriban Əliyeva dövlət rəsmisi kimi hansı işləri görüb, idarəçilikdə hansı rolu tutub və ya tuta bilib?

Siyasi şərhçi, “Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev hesab edir ki, Mehriban Əliyeva hər zaman gündəmdə olub, lakin son vaxtlar fəaliyyəti daha çox hiss olunur:

“Düzdür, indiyənəcən də bu hiss olunurdu. Amma daha çox incəsənət, mədəniyyət, idman kimi sahələrdə idi. Lakin son zamanlar sosial-iqtisadi sahələrdə də fəallıq hiss olunur. Maraqlı məqamlardan biri odur ki, onun fəaliyyətinə diqqətlə nəzər yetirdikdə son zamanlar onun daha çox müstəqil fəaliyyəti müşahidə olunur. Bu da indiyənəcən baş vermirdi. Bu da onu göstərir ki, ölkənin ictimai həyatına birinci vise-prezidentin təsir imkanları güclənir”.

Bir çox şərhçilər Mehriban Əliyevanı daha çox birinci ledi kimi görürlər
Bir çox şərhçilər Mehriban Əliyevanı daha çox birinci ledi kimi görürlər

Amma başqa bir şərhçi, Azər Rəşidoğlu Şahin Hacıyevlə qismən razılaşır. Onun müşahidələrinə görə isə I vise-prezident postu Azərbaycanda ümumiyyətlə işləmədi. Əslində qanuna görə, prezident ölkədə olmadığı müddətdə onun səhaliyyətlərinin icrası, icra strukturlarına rəhbərlik birinci vise-prezidentin vəsifəsi idi:

“Mehriban Əliyevanın birinci vise-prezident kimi bircə səfəri olub. O tək Gəncəyə gedib. Qalan bütün səfərlərində o prezidenti müşayət edib. O da ölkənin birinci xanımı kimi. Ötən iki ildəki fəaliyyəti isə ancaq aparatın formalaşdırılması ilə bağlı olub, aparat rəhbəri, köməkçiləri təyin olunub”.

İş hələ də administrasiya rəhbərinin əlindədir

Azər Rəşidoğlunun qənaətincə, Mehriban Əliyevanın tam səlahiyyətlərinin icrasına siyasi elitadakı maraqlar toqquşması da mane olur. Məsələn, qanuna görə birinci vise-prezidentin bütün rayonlar üzrə icra hakimiyyətlərinə rəhbərlik səlahiyyəti var.

Lakin Azər Rəşidoğlu bildirir ki, hələ də bu iş Prezident Administrasiyası rəhbərinin əlindədir. O, Mehriban Əliyevanın tərəfdarlarını birinci xanımın ata evindəki soyadı ilə Paşayevlər, Ramiz Mehdiyevin tərəfdarlarını isə Mehdiyev klanı kimi xarakterizə edir və bu iki klan arasında ziddiyyətlərin son zamanlar gücləndiyini deyir. Azər Rəşidoğlunun fikrincə, hələlik qalib tərəf kimi Paşayevlər klanı güclənir.

Hərçənd hakimiyyət təmsilçiləri zaman-zaman bu mövzuda suallarla üzləşəndə siyasi elitada hansısa klanların olması barədə iddiaları rədd edirlər.

Naxçıvan klanı zəifləsə də

Siyasi şərhçi Azər Rəşidoğlu düşünür ki, Mehriban Əliyeva bir siyasətiçi kimi elə də güclü hesab etmir. Etiraf edir ki, son vaxtlar onun gücü və nüfuzu artıb. Lakin bu onun özünü bir siyasətçi kimi təsdiqləməsi anlamına gəlmir:

“Baxmayaraq ki, cəmiyyətin müəyyən kəsimində Mehriban Əliyevaya bir inam var. Cəmiyyətdə onun nə istədiyini bilmirlər. Görünən odur ki, Naxçıvan və Qərbi azərbaycan klanı öz nüfuzunu itirir, gücü azalır. İtirilən vəzifələrə, postlara isə Mehriban Əliyevanın adamları gətirilir. Amma bu hansısa bir islahat məqsədi ilə deyil, daha çox güc, daha çox nüfuz, bir sözlə, “maliyyə razborka”ları müstəvisində gedir”.

Azər Rəşidoğlu gənc kadrların yeni vəzifələrə gətirilməsini islahat kimi yox, daha çox nüfuz davası kimi təhlil edir.

Turan İnformasiya Agentliyinin redaktoru da bununla razılaşır. Bildirir ki, son zamanlar islahat adı altında görülən işlər sadəcə iqtidarın kampaniyasıdır. İslahatlar üçün düşünülmüş, dərindən hazırlanmış bir konsepsiya yoxdur.

Mehriban Əliyevanın vitse-prezident olmasından 2 il ötür
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Humanitar sahə

Amma millət vəkili Fazil Mustafa düşünür ki, hökumət son illər ciddi islahatlar aparıb və Mehriban Əliyevanın bütün görülən işlərdə böyük rolu olub:

“O iqtidar komandasının ən önəmli fiqurlarından biri kimi bütün aparılan islahat prosesində ən çox rolu olan insanlardan biridir. Bu da kifayət qədər böyükdür. Bundan başqa məktəblərin, uşaq bağçalarının, əlilliyi olan şəxslərin reablitasiya mərkəzlərinin açılması müsbət tendesiyadan xəbər verir”.

Fazil Mustafa düşünür ki, Mehriban Əliyevanın fəaliyyəti, özəlliklə, humanitar sahədə müsbət dəyişikliklə nəticələnib.

2016-cı ilin sentyabrında Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib. Həmin dəyişikliklərdən biri də vise-prezident institutunun təsisatı olub. 5 ay sonra prezident İlham Əliyev öz xanımını bu posta təyin edib. Tənqidçilər bu hadisəni ölkədə ailə hakimiyyətinin oturuşması kimi qiymətləndirirlər.

XS
SM
MD
LG